Yaponiyada uşaqların sayı 38 ildir azalmaqda davam edir
Tokio, 5 may, AZƏRTAC
Mayın 5-də Yaponiyada uşaqlar günü qeyd edilir. Lakin bu gündoğar ölkədə uşaqların sayı 1982-ci ildən başlayaraq, 38 ildir ki, fasiləsiz olaraq azalmaqda davam edir və hazırda ən aşağı həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, cari il aprelin 1-nə olan məlumata görə, 15 yaşadək uşaqların sayı 15 milyon 330 min təşkil edib. Onların 7 milyon 850 mini oğlan, 7 milyon 480 mini isə qızdır. Eyni zamanda, qeyd edilir ki, bu, ötən ilin müvafiq göstəricisindən 180 min nəfər azdır.
Hazırda 15 yaşınadək uşaqlar Yaponiyanın ümumi əhalisinin 12,1 faizini təşkil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]