YAPONİYADA ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 24 NƏFƏRƏ ÇATMIŞDIR
Başqa yerlərlə əlaqəsi kəsilmiş Naqavka Tokamati şəhərlərinə və dağlıq ərazilərdə yerləşən bəzi bölgələrə dava-dərman və ərzaq təyyarə və vertolyotlarla çatdırılır. Niiqatada 2500-dən artıq ev və 1200 inzibati bina tamamilə, yaxud qismən uçulmuş, mobil rabitə kəsilmiş, 95 min ev işıqsız, 110 min ev susuz, 50 min ev qazsız qalmışdır.
“Sinkansen” sürət qatarlarının hərəkəti tamamilə dayanmışdır. Saatda 200 kilometr sürətlə gedən həmin qatarlardan biri 40 ildə ilk dəfə olaraq relsdən çıxmışdır. Sərnişinlər zərər çəkməmişlər.
Zəlzələ Yapon dənizi sahilindəki Kasivadzakidə yerləşən dünyanın ən iri atom elektrik stansiyasının işinə təsir göstərməmişdir. Stansiya öz işini adi rejimdə davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]