Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 8-də Yasamal rayonu ərazisindəki məzarın üzərində quraşdırılmış bürüncdən hazırlanmış lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar - H.Mustafayev və S.Vahabov rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 7-də Suraxanı rayonunda MMC-lərdən birinə məxsus fasad divarından 7245 manat dəyərində 40 ədəd plafon və 23 ədəd limunised lampası oğurlamaqda şübhəli bilinən R.Səmədov rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]