”Yaşıl düşüncə kuboku-2012” layihəsi çərçivəsində 1350 gənc maarifləndirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Yaşıl düşüncə kuboku-2012” layihəsini icra edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində keçirilən təlimlərdə bərk məişət tullantılarının zərərsizləşdirilməsi, yandırılması və çeşidlənməsi haqqında 15 ali təhsil müəssisəsindən 1350 gəncə ətraflı məlumat verilmişdir.
Bundan əlavə, alternativ enerji resursları və mexanizmləri, onların iş prinsipləri haqqında gənc ekoloqların məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə Qobustan Eksperimental Poliqonunda “Yaşıl enerji” düşərgəsi təşkil edilmişdir. ASC-nin ətraf mühitin mühafizəsi sektorunun müdiri Sabit Zeyniyev düşərgə iştirakçılarına bərk məişət tullantılarının idarə olunması ilə bağlı mühazirə oxumuşdur.
Layihənin ilkin mərhələsi olan təlimlər başa çatdıqdan sonra tullantıların idarə olunması sahəsində universitetlərarası debat turnirlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]