Yaşıllıqların artırılması məqsədilə aksiyalar davam edir
Bakı, 18 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ETNS) təşəbbüsü ilə payız ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yenisi ilə əvəzlənməsi aksiyası davam edir.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-dən 17-dək rayon icra hakimiyyətləri ilə birgə keçirilən növbəti aksiya zamanı Bakının Şərifzadə, Zərdabi, İstiqlaliyyət, M.Muxtarov, Ə.Cavad, Muxtadır, S.Vurğun, S.Əsgərova küçələrində 40 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 600-dən çox müxtəlif cinsli ağac əkilib.
Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.
ETSN qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat verilməsini vətəndaşlardan xahiş edir.