YAXIN 3 GÜNDƏ HAVA ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏKDİR
Bakı, 29 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 34-38 dərəcə təşkil edəcəkdir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə olacaqdır.
İyulun 1-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 30-34 dərəcə isti təşkil edəcəkdir.
İyulun 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında iyunun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 34-38 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə təşkil edəcəkdir.
İyulun 1-2-də hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlədə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaqdır.