Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə geosiyasi dinamikanın bəzi aspektləri: yeni konfiqurasiya imkanları

Yaxın Şərqdə geosiyasi dinamikanın bəzi aspektləri: yeni konfiqurasiya imkanları

Bütövlükdə dünya üzrə siyasi vəziyyət sürətlə dəyişir. Suriya böhranı ətrafında da kifayət qədər düşündürücü proseslər baş verir. Ölkə daxilində silahlı toqquşmalar davam edir. Müxtəlif qruplara münasibətdə böyük dövlətlər hələ də ümumi mövqe ortaya qoya bilmirlər. Hansı təşkilatların terrorçu adlandırılmalı olması barədə yekdil fikir yoxdur. Bunun fonunda ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, İran, Türkiyə və Səudiyyə Ərəbistanı nüfuz uğrunda savaşlarını davam etdirirlər. Bu ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdindən sonra proseslər yeni vüsət alıb. İndi ekspertlər regionda geosiyasi konfiqurasiyaların formalaşmağa başladığını vurğulayır, bu prosesdə üstünlüyü bu və ya digər böyük dövlətə verirlər. Müxtəlif ehtimallar irəli sürülür. Ancaq təhlillərin demək olar ki, hər birində Ankaraya xüsusi yer ayrılır. Reallıqda Yaxın Şərqdə hansı ssenarinin həyata keçəcəyini demək çətindir. Bunu zaman göstərəcək. Lakin artıq mövcud vəziyyətin uzun müddət davam edə bilməyəcəyi etiraf olunur. Bu baxımdan hansı ssenarilərdən bəhs etmək olar?

Dəyişən situasiya: qüvvələr balansı yeniləşir

Ekspertlər Yaxın Şərqdə böyük dövlətlər arasında geosiyasi aspektdə yeni münasibətlərin formalaşmaqda olduğu barədə proqnozlar verirlər. Konkret olaraq hansı konfiqurasiyanın meydana gələcəyi haqqında dəqiq fikir yoxdur. Ancaq mövcud şəraitdə mümkün variantlardan danışmaq olar. Burada əsas faktor kimi son aylar regionda müşahidə edilən və siyasi vəziyyətə təsir göstərən məqamlara diqqət yetirilir. Onların sırasında daha çox Türkiyədə baş verən proseslər vurğulanır. Maraqlıdır ki, Yaxın Şərqdə yeni geosiyasi əməkdaşlıq modellərinə də məhz bu amil kontekstində nəzər salınır (bax: məs., Николай Сурков.Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016).

Bu ilin yayında Türkiyədə uğursuz hərbi çevriliş cəhdi bir çox dumanlı başlara aydınlıq gətirdi. Birincisi, məlum oldu ki, Türkiyə regionun bir sıra dövlətləri kimi asanlıqla xaosa sürüklənən deyil. Hətta o, qarşısına çıxarılan maneələri sürətlə dəf etmək, üstəlik, düşmən qüvvələrə bir neçə istiqamətdə sarsıdıcı zərbələr vurmaq iqtidarındadır. Müxtəlif istiqamətlərdən Türkiyəyə qarşı davamlı terror törətmək istəklərinə baxmayaraq, ölkədə nə normal sosial, siyasi, mədəni həyatı poza, nə də təhlükəsizliklə bağlı ciddi problem yarada bildilər. İndi isə türk ordusunun həmlələri qarşısında dovşan kimi qaçırlar.

İkincisi, dünya bildi ki, Türkiyədəki hərbi çevriliş cəhdinin arxasında kənar qüvvələr dayanır. Onlar məhz Ankaranın əzmini qırmaq, ölkəni xaosa sürükləyib, istədiklərini qəbul etdirmək məqsədi ilə bu işə əl atıblar. Ankara ünvan da göstərib - Vaşinqton. Doğrudur, ABŞ rəhbərliyi bunu inkar edir, hətta dərin dostluqdan belə danışır. Lakin Zbiqnev Bjezinski kimi mütəxəssis hərbi çevrilişin sifarişçisinin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) olduğunu bildirirsə, deməli, məsələ çox ciddidir (bax: məs., Obama'nın danışmanı itiraf etti! FETÖ darbesinin arkasında CIA var / "haber7.com", 5 sentyabr 2016).

Üçüncüsü, Türkiyəyə qarşı qərəzli mövqe tutan, onun uğurlarını müxtəlif "arqumentlərlə" aşağılamağa çalışan müəyyən dairələr çətin vəziyyətə düşüblər. Onlara aydın olub ki, Rəcəb Tayyib Ərdoğan iqtidarı hansısa məhdud lokal və regional maraqlardan deyil, böyük dövlətə xas olan strateji məqsədlər müstəvisində addımlar atır. Bununla Türkiyə qədim ənənəsi və regionda həmişə söz sahibi olan dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Siyasi-diplomatik sahə ilə yanaşı, iqtisadi və hərbi sferalarda da qətiyyətli addımlar ata bildiyini sübut etdi. Belə ki, Türkiyə iqtisadiyyatını çevriliş sifarişçiləri xaosa sala bilmədilər. İndi də ölkə özünü toparlayaraq dinamik inkişaf müstəvisinə çıxıb. Siyasi vəziyyət də ölkədə tam sabit olaraq qalır. Cəmiyyət öz hakimiyyətini sözün geniş mənasında dəstəkləyir. Hərbi aspektdə isə türk ordusu iki istiqamətdə - İŞİD və PKK ilə mübarizədə yüksək qabiliyyət nümayiş etdirir.

Bütün bunlar dünyanın böyük geosiyasi güclərinə aşağıdakı reallığı anlatmaqdadır - Türkiyəsiz Yaxın Şərqdə heç bir regional problemi həll etmək mümkün deyil. Nəticənin səmərəli olması üçün Ankaranın bu məsələdə liderliyi qəbul edilməlidir. Hazırda bu həqiqət kontekstində ekspertlər Türkiyə-İran, Türkiyə-Rusiya, Türkiyə-Misir və Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərini analiz etməyə çalışırlar. Bunların fonunda isə Türkiyənin ABŞ, Aİ-nin böyük dövlətləri və Çinlə olan əlaqələrinin perspektivləri haqqında müxtəlif proqnozlar verilir (bax: məs., 'Willen Turkije en Rusland nader tot elkaar komen, is er veel geduld en flexibiliteit nodig' / "npo.nl", 8 avqust 2016 və Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016).

Dominant güc axtarışı: qeyri-müəyyənlik qalır

Nəzərdən keçirilən ssenarilərdə Türkiyənin İranlamı, Rusiya iləmi, Səudiyyə Ərəbistanı iləmi, yoxsa Qərbləmi yaxınlaşacağı barədə fikirlər irəli sürülür. Onların sırasında Ankara-Tehran yaxınlaşmasının əhəmiyyəti xüsusi vurğulanır. Belə fikir var ki, bu əməkdaşlıq regionda bir sıra problemlərin həllinə ciddi təsir edə bilər, o cümlədən Suriya böhranının aradan qaldırılmasında əhəmiyyətli rol oynayar. Çünki Yaxın Şərqin iki ən böyük gücünün ortaq hərəkət etməsi vacib faktor sayılır. Bu zaman Ankara-Ər-Riyad münasibətlərinin perspektivi barədə də danışılır.

Hələlik Səudiyyə Ərəbistanının İranla Türkiyə arasında münasibətlərin inkişafına qarşı olmadığı vurğulanır (bax: Николай Сурков. Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016). Bir tərəfdən, Ər-Riyadla Ankaranın regionla bağlı birgə geosiyasi layihələri vardır. Hər ikisini bir araya gətirən məqamlardan biri radikal dini məzhəbçiliklə mübarizədir. Bundan başqa, Türkiyə NATO-nun üzvü və ABŞ-ın müttəfiqidir. Ankaranın aktiv iştirakı ilə İslam Ordusu yaradılıb.

Enerji sferasında Ər-Riyadın ciddi rəqibi olan İranla bağlı məsələlərdə Türkiyə əhəmiyyətli rol oynaya bilər. O cümlədən iki ölkə təhlükəsizlik aspektində əməkdaşlıq edir. Nəhayət, Səudiyyə Ərəbistanı anlayır ki, müsəlman dövlətləri arasında lazımi səviyyədə əlaqə olmadıqda, kənar qüvvələr regionu cəhənnəmə döndərirlər.

Bunlara rəğmən, ekspertlər hesab edirlər ki, müəyyən səviyyədən sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin maraqları toqquşa bilər. Bundan başqa, Ər-Riyadla Moskva neft faktoruna görə daha sıx əməkdaşlıq modelinə keçid edə bilərlər (bax: Григорий Косач. Возможности для стратегических отношений России и Саудовской Аравии / РСМД, "Аналитические записки", №6, avqust 2016).

Onu da nəzərə alaq ki, ənənəvi olaraq Rusiya ilə İran Yaxın Şərqlə bağlı məsələlərdə ortaq hərəkət ediblər. İndi də Suriya məsələsində Tehranla Moskvanın sıx əməkdaşlığı vardır. Onlar Bəşər Əsəd məsələsinə eyni münasibət göstərirlər. Deməli, situasiyanın necə dəyişməsindən asılı olmayaraq, Rusiya ilə İran arasında əlaqələr inkişaf edəcək. Çətin ki, bir sıra ekspertlərin vurğuladığı kimi, enerji faktoru tərəflər arasında münasibətlərə soyuqluq gətirsin.

Məsələnin digər tərəfi Türkiyənin Qərblə geosiyasi-hərbi və iqtisadi əməkdaşlıqda maraqlı olmasına bağlıdır. Son dövrlərdə bu istiqamətlərdə müəyyən gərginliklər meydana gəlsə də, bütövlükdə onlar arasında soyuqluğun dərinləşməyəcəyi ehtimalı daha çoxdur.

Ankara çox yaxşı bilir ki, Qərbi qlobal miqyasda başqa böyük gücə dəyişmək ciddi strateji yanlışlıqdır. Çünki həm Qərb xeyli qüdrətlidir, həm də dünyanın özü çoxqütblü modelə transformasiya etməkdədir. Belə şəraitdə ən səmərəli seçim balanslaşdırma ola bilər. Türkiyə kimi böyük, şərəfli bir keçmişi olan dövlətə bunları anlatmaq doğru olmazdı.

Bəs onda Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyaların yaranmasından söhbət hansı mənada gedir? Bizcə, hazırkı mərhələdə regiondakı proseslərin mərkəzində Türkiyə dayanır. Ankara öz iradəsini ortaya qoyub və bir müddət əleyhinə işləyən faktorları neytrallaşdırır. Terrorla mübarizədə əldə etdiyi konkret nəticələr onun ciddi oyunçu olduğunu təsdiqləyir. Deməli, yeni geosiyasi konfiqurasiyada Türkiyənin yeri və rolu dəqiqləşdirilməlidir. İndi məhz həmin proses getməkdədir.

Məsələ üstünlüyün ABŞ-amı, yoxsa Rusiyayamı verilməsində deyil. Məsələ Türkiyənin nə dərəcədə qüvvələr balansında yer tutacağındadır. Onun həmin müstəvidə Səudiyyə ilə İran arasında ayırıcı deyil, birləşdirici rol oynayacağı şübhə doğurmur. Bu səbəblərə görə, bir sıra qərəzli ekspertlərin təqdim etməyə çalışdığı kimi, Türkiyə situasiyanın qurbanı deyil, onun yaradıcısıdır. Təxmin etmək olar ki, Ankara bu funksiyasını uğurla yerinə yetirəcək və regionda tarixi ədalətin bərpasına təkan verən əsas qüvvəyə çevriləcək.

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə