YAZIÇILAR SOYQIRIMI TÖRƏDƏNLƏRİ LƏNƏTLƏYİRLƏR
Birliyin katibi, xalq şairi Fikrət Qoca ermənilərin həmvətənlərimizin başına gətirdikləri müsibətlərdən danışmış, daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi olduğunu vurğulamış, “Böyük Ermənistan” xülyası ilə yaşayanların tarixi saxtalaşdırmaqdan, siyasi təxribatlardan, ən qəddar vəhşiliklərdən belə çəkinmədiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Bakı kommunası rəhbərlərinin himayəsi ilə 1918-ci ilin martında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə mənfur plan həyata keçirilmiş, qətlam törədilmiş, on minlərlə insan qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və məktəblər dağıdılmışdır.
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Abbas Abdulla, “Ədəbiyyat qəzeti”nin redaktoru Ayaz Vəfalı və başqaları “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanını yüksək qiymətləndirmiş, 31 martın azərbaycanlıların soyqırımı günü kimi elan edilməsinin təkcə tarixi baxımdan deyil, beynəlxalq aləmdə ermənilərin iç üzünün açılmasında böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Torpaqlarımızın işğaldan azad edilməsi, vətəndaşlarımızın yurd-yuvalarına dönmələri ilə əlaqədar yazıçıların qarşısında duran vəzifələrdən danışılan tədbirdə belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Şair Fikrət Sadıq soyqırımı ilə bağlı yeni yazdığı şerini oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]