Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yazın isti nəfəsi duyulmayan şaxtalı Qrızdan REPORTAJ VİDEO

Quba, 29 mart, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin əksər bölgələrində yazın isti nəfəsi duyulsa da Qubanın dağlıq kəndlərində hələ ki, qış havası hökmranlıq edir. Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Novruz bayramı günlərində kənddə 20 santimetrədək qar yağıb və hələ də şaxtalı hava davam edir. Mart ayı olmasına baxmayaraq burada temperatur gecələr mənfi 10 dərəcəyədək aşağı enir.

Azərbaycanda ən yüksəkdə yerləşən körpü

Rayon mərkəzindən Qrız kəndinə getmək üçün Quba-Xınalıq avtomobil yolu ilə hərəkət etmək lazımdır. Yolun 37-ci kilometrliyindən Qrıza kənd yolu ayrılır. Azərbaycanın ən yüksəkdə tikilən körpüsü də buradadır. Qudyalçay üzərində inşa olunan körpü dəniz səviyyəsindən 2 min 500 metr yüksəklikdədir. 20 metr uzunluğundakı körpü çay hövzəsindən 38 metr hündürdə yerləşir. Buradan Qrız kəndinə qədər olan təxminən 5 km yolu ancaq yolsuzluq avtomobilləri ilə getmək olar. Yerli sakinlər daha çox “Niva” və “UAZ” markalı avtomobillərə üstünlük verirlər. Bununla belə yolda rahat hərəkət üçün həmin maşınların təkərlərinə sürüşməyə qarşı zəncirlər bağlanılır. 

Yaxın gələcəkdə Qrıza müasir standartlara cavab verən yeni yolun çəkilməsi nəzərdə tutulub. Belə ki, Prezident İlham Əliyevin Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı Sərəncama əsasən sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi də həyata keçiriləcək.

6 ay buzu açılmayan şəlalələr

Qrız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var. Gəzməli-görməli yerlərindən sayılan Qrız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Turistlər kənddən 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi daha çox xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalələrə baxmaq üçün yüzlərlə turist səyahət edir.

Qrız kənd sakini Səməndər Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, donmuş şəlalə mağarada yerləşdiyindən daha cəlbedici görünür. Noyabr ayında donan şəlalənin buzu altı ay sonra yəni apreldə əriyir. Turistlər Qrız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər. Kəndə gələn xarici turistlər arasında Avropa ölkələrinin sakinləri üstünlük təşkil edir.

Qrız kəndinin simvoluna çevrilən
85 yaşlı, eşmə bığ Abdurahman baba

Qrız kəndinin özü də yerli və əcnəbi qonaqlar üçün unikal məkanlardandır. Qrızlılar "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələridir. Qədim tarixə malik bu xalqın özünəməxsus dili və adət ənənələri var. Bu kiçik etnik qrup nümayəndələri Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bir sıra kəndlərində yaşayırlar.

Qrız kəndinə gələn hər kəsi eşmə bığlı, gülərüz və zarafatcıl Abdurahman Yaqubov qarşılayır. 85 yaşlı ağsaqqal son illər Qrız kəndinin simvoluna çevrilməkdədir. Bu kəndə gələn əcnəbi və yerli turistlər Abdurahman baba ilə şəkil çəkdirib, söhbət etmək imkanını qaçırmır. Maraqlı siması ilə seçilən ağsaqqalın özü də qonaqlarla ünsiyyətdən məmnundur. A.Yaqubov onu turistlər arasında populyarlaşdıran eşmə bığlarına hər gün həvəslə qulluq edir.

Həcc ziyarətində olduğundan hamı onu Hacı Abdurahman baba kimi tanıyır. Səkkiz övladı, 26 nəvəsi,19 nəticəsi var. Abdurahman Yaqubov Qrız kəndindən reportajlar hazırlayan ona yaxın xarici telekanal və internet portalına müsahibə verib.

Evlərin qızdırılmasında odun
və gərmədən istifadə olunur

Hacı Abdurahman babanın 61 ildir bir yerdə yaşadığı ömür-gün yoldaşı Xədicə Yaqubova qapılarının bütün qonaqlara açıq olduğunu bildirir. “Əvvəllər adət-ənənə başqa idi. Abdurahmanla mənim toyum 3 gün 3 gecə davam edib. Biz həmişə zəhmət çəkib halal çörək yemişik. Mən yoldaşımla bir yerdə ot biçmişəm, heyvan saxlamışam. Kəndimizə gələn qonaqlardan həmişə məmnunuq”, -deyə X.Yaqubova bildirib.

Qrız kəndində evlər əsasən odun və heyvan təzəyindən hazırlanan gərmə ilə qızdırılır. Kənd sakinləri bu il tədarük etdikləri gərməni növbəti il sobada yandırırlar. Bundan başqa elektrik sobası və qaz balonlarından da faydalanırlar.

Qrızda bir günlük ev kirayəsi neçəyədir?

Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mübariz Rüstəmov bildirib ki, hazırda kənddə 40 yaxın təsərrüfat var. Kənd sakinləri, əsasən heyvandarlıqla məşğul olur. Son illər Qrıza gələn turistlərin çoxalması bu istiqamətdə fəaliyyətə marağı artırıb. Kənd sakinləri ehtiyacı olan turistlərə evlərini kirayə verir. Qrızda qidalanma da daxil olmaqla bir günlük ev kirayəsi turistlərə 30-40 manata başa gəlir.

Yazın isti nəfəsi duyulmayan şaxtalı Qrızdan  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM