Yeddi ayda 9,4 min ton meşə fındığı ixrac olunub
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkədən 9,4 min ton meşə fındığı ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən meşə fındığının dəyəri 57,8 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yeddi ayında dəyəri 72 milyon dollar olmaqla 13,1 min ton meşə fındığı ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]