YƏHUDİ LİDERİ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR VERİLMƏSİNİ PİSLƏYİR
Maşkeviç vurğulamışdır ki, danimarkalı karikaturaçıların niyyətindən fərqli olaraq, İslamın dəyərlərinin və müqəddəs rəmzlərinin terrorizmlə heç bir əlaqəsi yoxdur. Dindarların hisslərinin təhqir edilməsi, ilk növbədə, Avropada yolverilməzdir, çünki burada bu cür təbliğat vaxtilə Xolokosta – yəhudilərin kütləvi qırğınına gətirib çıxarmışdır.
O xatırlatmışdır ki, İordaniya, İndoneziya, Malayziya, Türkiyə və Qazaxıstan kimi islam ölkələri Xolokost qurbanlarının xatirəsinin beynəlxalq anımı barədə BMT qətnaməsini dəstəkləmişlər.
Maşkeviç demişdir: “Bu gün bizim borcumuz fikir ayrılıqlarını bir yana qoyub, müsəlman qardaşlarımıza təhqir olunmuş ləyaqətinin və haqq-ədalətin bərpa edilməsində köməyimizi göstərməkdən ibarətdir”. O, eyni zamanda, radikal islam dairələrini bu məsələnin həlli üçün zorakılığa əl atmamağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]