COP29
Yelena Myakotnikova: Bakı COP29-da innovativ rəqəmsal platforma təqdim edib
Bakı, 23 noyabr, AZƏRTAC
Heyrətamiz təşkilatçılıq, hər şey düşünülüb - rahat logistika, qonaqpərvərlik. Həm də çox vacibdir ki, bu, resursları paylaşa, əlaqələr mübadiləsi edə, ən yaxşı təcrübələri bölüşə biləcəyiniz yaxşı düşünülmüş rəqəmsal platformadır. Mənə elə gəlir ki, bu, xüsusi olaraq məhz COP29-da tətbiq edilən belə innovativ həllərdən biridir.
Bu barədə COP29-da iştirak edən Rusiyanın “RUSAL” şirkətinin İdarə Heyətinin üzvü, davamlı inkişaf üzrə direktoru Yelena Myakotnikova AZƏRTAC-a müsahibəsində deyib.
“Bütün əvvəlki COP-larda çoxlu şoular və tətillər olmuşdu. COP29 isə praktiklik tələbi ilə keçirildi. Çoxlu sayda görüşlər oldu. Mənə elə gəlir ki, iqlim gündəmində qarşılıqlı fəaliyyət baxımından yeni bir qapı açılıb. Biz şirkət olaraq 2007-ci ildən iqlim gündəmi ilə məşğul oluruq. Ən böyük alüminium istehsalçılarından biriyik. Bizim aşağı karbon izi olan “Elao” alüminiumun payına qlobal tədarükün təxminən üçdə biri düşür. Bu gün məhz aşağı karbonlu məhsullara böyük ehtiyac var.
Eyni zamanda, biz iqlim layihələrini həyata keçiririk. Texnoloji həllərimiz, texnoloji iqlim layihələrimiz də var, çünki biz daim enerji səmərəliliyinin artırılması və karbonsuzlaşdırmanın artırılması üzərində işləyirik”, - deyə Yelena Myakotnikova sözünü yekunlaşdırıb.