Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.
Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.