YENİ BÜDCƏNİN GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ÖTƏN İLKİNƏ NİSBƏTƏN ÇOX YÜKSƏKDİR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, yeni büdcədə nəzərdə tutulan gəlirlər və xərclər ötən ilkinə nisbətən müvafiq surətdə 25 faiz və 28 faiz çoxdur. Büdcədə ümumi xərclər 10 trilyon manat nəzərdə tutulmuşdur ki, bunun da 56 faizini, yəni 6 trilyon manatını sosialyönümlü xərclər təşkil edir.
Bu il büdcəyə bilavasitə minimum əmək haqqının dəyişməsi ilə əlaqədar, işçilərin əmək haqqının artırılması üçün 600 milyard manata qədər əlavə vəsait qoyulmuşdur. Büdcənin formalaşma mənbələrində ayrı-ayrı gəlir növlərində də artım yüksəkdir. Sahibkarlığın təşviqi, regionların iqtisadi inkişafı, sosial müdafiə məsələləri büdcədə xüsusi yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]