Yeni çağırış parlament Azərbaycanın inkişafını daha da sürətləndirəcək
Bakı, 5 fevral, AZƏRTAC
Türkiyədə olmağımıza baxmayaraq, Azərbaycanda gedən islahatları böyük maraqla izləyirik. Yeni çağırış parlament seçkilərinin keçirilməsi ölkədə aparılan islahatların tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın bildirib.
Dərnək sədri qeyd edib ki, sosial şəbəkələrdən apardıqları müşahidələr seçkiöncəsi proseslərin qaydasında getdiyini deməyə əsas verir. Onun sözlərinə görə, gənc namizədlərin sayının daha çox olması təqdirəlayiq haldır.
C.Aydın əlavə edib ki, namizədlərin sayının rekord həddə çatması Azərbaycanda siyasi baxışından asılı olmayaraq, hər kəsə bərabər şəraitin yaradılması ilə əlaqədardır. “Bu cür münbit siyasi mühitdən faydalanan Azərbaycan xalqı iradəsini sərbəst şəkildə ifadə edəcək. Yeni çağırış parlament Azərbaycanın inkişafını daha da sürətləndirəcək”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]