Yeni idman direktoru: “Qəbələ”nin təklifini qəbul etməyə bilməzdim
Bakı, 27 yanvar, AZƏRTAC
“Çox qısa zamanda razılıq əldə olundu və təyinatım rəsmiləşdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ” klubuna idman direktoru təyin olunan Səbuhi Səfiyarlı deyib.
Daha əvvəl bölgə təmsilçisində menecer kimi çalışdığını xatırladan funksioner “Qəbələ”nin özü üçün yad yer olmadığını bildirib: “Təklifə “yox” deyə bilməzdim. Çünki bu, çətin vəziyyətdə olan komandaya hörmətsizlik olardı”.
O, hazırkı vəziyyətdə komandada köklü dəyişikliyə ehtiyac olmadığını söyləyib: “Komandaya inanmasaydım, buraya qayıtmazdım. Futbolçuları turnir cədvəlinin son pilləsindən xilas ola biləcəyimizə inandırmalıyıq. Hələlik yeni transfer nəzərdə tutulmur. Məqsəd “Qəbələ”ni yaxşı yerlərə qaldırmaqdır”.
Qeyd edək ki, Səbuhi Səfiyarlı 2013-2019-cu illərdə “Qəbələ”də menecer kimi çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]