YENİ İSTEHSALAT SAHƏLƏRİNDƏ 100 NƏFƏR İŞLƏ TƏMİN OLUNMUŞDUR
Sabirabadın Kürkəndi kəndində istifadəyə verilən konserv zavodunda və quşçuluq kompleksində 100 nəfər işlə təmin olunmuşdur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər iki müəssisə öz məhsullarını xarici bazarlara da çıxarır. Bu müəssisələrdə işləyənlərin orta aylıq əmək haqqı 200-250 min manatdır. İndi Kürkənddə işsiz adam yoxdur.