YENİ MƏKTƏB BİNALARI TİKİLƏCƏKDİR
Təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il dövlət vəsaiti ilə rayonun Bəylik kəndində 192, daha üç məktəbində isə 500 yerlik 25 əlavə sinif otağı tikilib istifadəyə veriləcəkdir.
Məktəblərin cari və əsaslı təmirinə də xüsusi diqqət yetirilir. Hazırda Azadkənd, Qara Nuru, Əliabad, Məmmədabad kənd və 3 saylı şəhər orta məktəbləri daxili imkanlar hesabına yenidən qurulur.