YENİ NASOS STANSİYALAR QURULMUŞDUR
Kürdəmirdə əkin sahələrinin, eləcə də həyətyanı ərazilərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, bu sahədəki problemləri aradan qaldırmaq istiqamətində tədbirlər görülür. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ərəb Qubalı, Sovla və Şüşün kəndlərində 320 milyon manat vəsait hesabına yeni nasos stansiyaları qurulmuşdur.