Yeniyetmə cüdoçular arasında Bakı birinciliyinə start verilib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da “Sərhədçi” Olimpiya İdman kompleksində yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışda ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparır.
Yarışın ilk günündə qızlar arasında 46, 50, 55 və 60 kiloqram, oğlanların mübarizəsində isə 66, 73, 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində 350-ə yaxın cüdoçu qüvvəsini sınayır.