Yeniyetmə taekvondoçular arasında Azərbaycan birinciliyi start götürüb
Bakı, 20 dekabr, AZƏRTAC
Bu gün taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə yeniyetmə taekvondoçular dayanq üzərinə çıxıblar. Onların mübarizəsi iki gün davam edəcək. Dekabrın 22-23-də gənc taekvondoçular arasında döyüşlər keçiriləcək.
Böyüklər və parataekvonduçular arasında qarşılaşmalar isə dekabrın 24-nə təsadüf edəcək.