Yeniyetmə və kiçikyaşlı şahmatçılar üçün seans oyunu təşkil edilib
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə yeniyetmə və kiçikyaşlı şahmatçılar üçün seans oyunu keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, şahmatçılar üçün seansı beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova və beynəlxalq qrossmeyster Nicat Məmmədov keçib.
Seansda 24 şahmatçı iştirak edib.