Yerli turizmi inkişaf etdirmək məqsədilə “Gənc turist” layihəsi həyata keçirilir
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyinin (İB) “Gənc turist” layihəsinin açılışı və ilk təlimi həyata keçirilib.
Layihə rəhbəri Tələt Qurbanbəyov AZƏRTAC-a bildirib ki, məqsəd ölkədə turizmin inkişafına dəstək vermək və yerli turizmi inkişaf etdirməkdir. Bunun üçün bu tip layihələrin keçirilməsi zəruridir. Layihə çərçivəsində daha 5 təlim və layihə prosesində seçiləcək regiona tur təşkil olunacaq.