Yevlaxda qanvermə aksiyası keçirilib
Yevlax, 1 aprel, AZƏRTAC
İrsi və qan xəstəliyi olan insanlara kömək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Yevlax sakinləri də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasında keçirilən aksiyada Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının və struktur sahələrinin kollektivləri, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri də könüllü qoşularaq qan veriblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir regional filialının həkim briqadası iştirakçıları lazımi müayinədən keçirdikdən sonra onlardan qan götürüblər. Tədarük olunan qan Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən aksiyanı əhali razılıqla qarşılayıb. Sakinlər bu aksiyanın humanist addım olduğunu, talassemiya, irsi və qan xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarını bildiriblər.