YEVLAXDA QAZ SAYĞACLARININ QURAŞDIRILMASI DAVAM EDİR
Şəhər qaz istismarı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 20-yə yaxın küçədə abonentlər qaz sayğacları ilə təmin olunmuşlar. İlin axırınadək şəhərdə 2 minə yaxın qaz sayğacı quraşdırılacaqdır. Gələn il şəhər üzrə 7 min 253 abonentin hamısı bu cihazla təmin olunacaqdır.
Xatırladaq ki, əhalinin təbii qaza olan ehtiyacını ödəmək məqsədilə smeta dəyəri 1,6 milyard manat olan yeni qazpaylayıcı stansiya istifadəyə verilmişdir. Stansiya şəhərin qərb hissəsində yaşayan 4 minə yaxın abonentin təbii qazla fasiləsiz təmin olunmasına şərait yaratmışdır.