Yevlaxda üç avtomobil toqquşub, xəsarət alanlar var
Yevlax, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva”, "Hyundai" və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan biri Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.