YIĞMA KOMANDAMIZIN İLK MEDALLARI
AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, yeniyetmələrin 7-ci Avropa olimpiya festivalının birinci günü komandamız üçün uğurlu olmamışdır. İdmançılarımız üzgüçülük, yüngül atletika və stolüstü tennis yarışlarında zəif çıxış etmişlər. Yarışların ikinci günü Parisin Cüdo İnstitutunun güləş salonunda isə idmançılarımız inamla mübarizə aparmışlar. Respublikanın əməkdar məşqçisi Hacıağa Hacıəhmədovun yetirmələri etimadı doğrultmuşlar. Cüdoçular Anar Əliyev (81 kq) gümüş, Teymur Əlixanov (73 kq) bürünc medal qazanmışlar. Qızların yarışında Ramilə Yusifova (57 kq) beşinci yerə çıxmışdır.
Yarışlar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]