YOXSULLUĞUN AZALDILMASI İLƏ BAĞLI DÖVLƏT PROQRAMI TƏBLİĞ OLUNUR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” ilə əlaqədar respublikamızın ali təhsil ocaqlarında seminarlar keçirir. BMT-nin İnkişaf Proqramı layihəsinə uyğun olaraq təşkil edilən növbəti seminarlar Azərbaycan Texnologiya və Gəncə Dövlət universitetlərində keçirilmişdir. Seminarlarda layihənin əlaqələndiricisi, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun “Yoxsulluğun azaldılmasında Dövlət Proqramının əhəmiyyəti”, layihənin eksperti dosent Əyyub Kərimovun “Yoxsulluq və təhsil problemləri” mövzularında məruzələri dinlənilmişdir. Sonra Dövlət Proqramının ayrı-ayrı bölmələri üzrə diskussiya aparılmışdır.
Seminar iştirakçıları Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramının əhəmiyyətindən danışmış, öz təklif və mülahizələrini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]