Yükdaşıma ilə məşğul olan şəxslərin əməliyyatlarının həcminə görə ƏDV öhdəliyi yaranırmı?
Bakı, 11 yanvar, AZƏRTAC
Yükdaşıma xidməti göstərən və dövriyyəsi 200 min manatdan artıq olan fərdi sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata düşməlidirmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin dairəsi Vergi Məcəlləsində göstərilib.
Həmin maddəyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Buna əsasən, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslərin əməliyyatlarının həcmi 200 min manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]