Azərbaycan Dövlət İnformasiya Agentliyi

YÜKSƏK PİLOTAJ
AZƏRBAYCAN OLİQARXI VƏTƏNDƏ YERƏ ENMƏMƏK ÜÇÜN HAVADA DÖVRƏ VURDU

Bazar ertəsi axşam, “MK”-nın növbəti nömrəsi artıq çapa imzalandıqdan sonra, Azərbaycanda parlament seçkiləri intriqasını büsbütün itirdi. Birmandatlı 125 seçki dairəsi (Konstitusiyada partiya siyahıları nəzərdə tutulmur) üzrə səsvermənin özü növbəti “narıncı inqilab”a çətin ki, gətirib çıxarsın: hər halda, bu, prezident seçkiləri deyildir. Lakin belə hesab edilirdi ki, Heydər Əliyevə tam on il ərzində uduzan köhnə müxalif qvardiya onun oğlu İlhama qarşı guya mübarizəyə qalxa biləcəkdir.

Bu cür ümidlərin nəyə əsaslandığını söyləmək çətindir. Sosioloji sorğu məlumatlarına görə, bütünlükdə müxalifətin reytinqi 15 faizdən yuxarı deyildir. Amma bəzi müşahidəçilərə, xüsusən Qərb müşahidəçilərinə elə gəlirdi ki, möcüzə mümkündür. Lakin hər şey normal həyatda olduğu kimi – heç bir möcüzə-filan baş vermədən cərəyan etmişdir. Müxalif partiyaların mitinqlərinə getdikcə daha az adam gəlirdi. Odur ki, rejimin əleyhdarları yeni taktikaya keçməli oldular. Prinsipial olaraq, onlar icazə verilməyən yerlərdə icazə verilməyən vaxtda toplaşmağa başladılar. Bu, fləş-moba texnologiyası üzrə edilirdi: saat düz dörddə Torqovının (Moskvadakı Tver küçəsinin Bakı analoqu) müxtəlif hissələrində, ilk baxışdan, adi yoldankeçənlərdən bir də gördün dərhal bir neçə dəstə əmələ gəlir, camaata qarışmağa və oradan təsadüfən ötənləri öz sıralarına cəlb etməyə cəhd göstərirdi. Lakin son vaxtlar mitinqçi ortodokslar 300-400 nəfərdən çox olmadığından heç vaxt polislər qarşısında tab gətirə bilmirdilər.

Ancaq ötən həftənin axırlarında müxalifətçilərin əhval-ruhiyyəsi kəskin surətdə yüksəldi. Onların ümid bəslədikləri və harada baş verəcəyi bəlli olmayan möcüzə bir anlığa mümkün olan kimi göründü. Xəbər gəldi ki, Milli Məclisin sabiq sədri Rəsul Quliyev ABŞ-dan Azərbaycana qayıtmağa hazırlaşır. Quliyev 1990-cı illərin birinci yarısının yerli siyasət meydanının kifayət qədər koloritli siması idi. SSRİ-nin son illərində və müstəqilliyin ilk illərində Quliyev iri neftayırma zavodunun direktoru olmuşdur. Dedi-qoduçular deyirlər ki, demək olar, bütün Azərbaycan nefti və neft kimyası bir neçə il ərzində onun əlində idi. Qərb banklarında onun hesabları hələ Sovet İttifaqı dövründə açılmışdı. O vaxt Quliyev respublikada ən varlı adam sayılırdı. O, bir-birini əvəzləyən bütün hökumətləri ardıcıl surətdə maliyyələşdirirdi. Belə bir əhvalat da məlumdur ki, o, varlığa nə darlıq deyib tanınmış bir jurnalistlə 10 min dollara mərc gəlmişdi ki, guya sabah Günəş çıxmayacaqdır. Təəccüb doğuran onun hədiyyə üçün belə qəşəng forma seçməsi deyildir, təəccüb doğuran odur ki, bu, 1994-cü ildə, 10 min dolların çox böyük məbləğ olduğu dövrdə baş vermişdi. Vaxt ötdükcə, Quliyevin siyasi iddiaları özünü büruzə vermiş və o, Xalq Cəbhəsi hökumətində Baş nazirin müavini olmuşdur. Hakimiyyətin ata Əliyevə keçməsi neft maqnatını əvvəlcə qorxutmadı. Xalq Cəbhəsi həmin vaxtadək respublikanı, əslində, qara günə qoymuşdu. Hərbi məğlubiyyətlər və hərbi çevrilişlər respublikanı göz görəsi məhv edirdi. Odur ki, Heydər kimi qüdrətli adamın dövlətin sükanı arxasında görünməsini cəmiyyətin, demək olar, bütün təbəqələrinin nümayəndələri istəyirdilər. Quliyev əvvəlcə çox tezliklə parlamentin sədri oldu, lakin öz iddiaları onu pis vəziyyətdə qoydu. O, açıq-aşkar bəyan etməyə başladı ki, tezliklə növbəti prezident olacaqdır. Nəticədə, istefaya getməyə heç də hazırlaşmayan Heydər Əliyev 1996-cı ildə onu sakitcə xaricə göndərdi. Rəsulun geri qayıtmaq həvəsinə düşməməsi üçün isə vətəndə ona qarşı 110 milyon dolları oğurladığı barədə qarşı iş qaldırdılar. Üstəlik, hüquq mühafizə orqanları daim işarə vururdular ki, onun coşğun fəaliyyətində yalnız bir epizodu sübuta yetirə bilmişlər.

Quliyev Ştatlarda məskən saldı, burada siyasi qaçqın statusu aldı. O, müntəzəm surətdə ən müxtəlif bəyanatlar verir, Azərbaycan Demokrat Partiyasında (ADP) birləşən tərəfdarlarını maliyyələşdirirdi. Hətta deyirdi ki, İlham Əliyev hakimiyyətdə heç bir ay da qalmayacaqdır. Amma bütün bu müddət ərzində Bakıya qayıtmırdı. Hər halda, ötən bazar ertəsi o, Heydər Əliyev adına hava limanına enməyi qərara aldı. Bundan əvvəl bir neçə həftə şəhərdə şayiələr gəzirdi ki, guya Quliyev Amerika senatorlarının müşayiəti ilə gələcək, Qərb hökumətləri birləşiblər və əl-ələ verib Azərbaycan rəhbərliyinə təzyiq göstərəcəklər. Bütün bu həngamələrdən məqsəd Quliyevin həbs edilməsinə yol verməmək idi. Azərbaycanın hakimiyyət orqanları isə bəyan etdilər ki, sabiq parlament sədri dərhal həbsə alınacaq, sonra da, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq, Bayıl təcridxanasının kamerasından seçki kampaniyasını apara biləcəkdir. O ki qaldı konqresmenlərə, istəsələr, onu oraya yola sala və lap hər gün baş çəkə bilərlər.

Bu cür xəbərdarlıq Quliyevi zahirən qorxutmadı. O, çoxsaylı müsahibələr verməyə başlayaraq iddia edirdi ki, çoxminli tərəfdarları bütün maneələri yaracaq və onun ətrafında canlı sipər kimi dayanmaq üçün hava limanına gələcəklər. Özünün fikrincə, Azərbaycanda onun nüfuzu Xodorkovskinin Rusiyadakı nüfuzundan qat-qat yüksək olduğuna görə, onun müvəffəqiyyəti təmin edilmişdir. Milyonçunun həbsxanaya könüllü surətdə getmək barədə gözlənilməz qətiyyəti təəccüb doğurmaya bilməzdi. Lakin çoxları etiraf edirdi ki, bu cür “fədakarlığı” müxalifətə onun heydən düşən sıralarını saxlamaq üçün güc verə bilər. Quliyevin gözlənilən qayıdışı ilə əlaqədar müxalifət hətta istirahət günləri keçirdiyi ənənəvi “itaətsizlik bayramları”nı ləğv etdi və tərəfdarlarını bazar ertəsi hava limanına getməyə çağırdı.

Bazar günü Azərbaycan televiziyası ilə praym-taymda daxili işlər naziri çıxış etdi. O xəbərdarlıq etdi ki, hakimiyyət hava limanına heç bir yürüşə və ya onun ələ keçirilməsinə yol verməyəcəkdir. Bazar ertəsi artıq səhərdən polisin və daxili qoşunların gücləndirilmiş dəstələri hava limanına gedən bütün yolları kəsdilər. Çox güclü qüvvələr cəlb edilmişdi. Təyyarələr cədvəl üzrə enib-uçsa da terminala ancaq bilet təqdim edən sərnişinlər, jurnalistlər və diplomatlar buraxılırdı. Lakin məlum oldu ki, bütün narahatlıq əbəs imiş. Gözdən salınmış oliqarxı qarşılamağa, olsa-olsa, 50-dən çox adam getmişdi. “MK”-nın müxbiri yolu xüsusi olaraq “ölçüb-biçirdi” və sabiq parlament sədrinin partiyasının bəyan etdiyi kimi, onu qarşılamaq üçün orada minlərlə tərəfdarının polislərlə üz-üzə dayandığını əsla görmədi. Onlardan nə az, nə çox min adamın həbs edilməsi barədə deyilənlər isə tam sayıqlamadır.

Quliyev isə çarter reysi ilə İngiltərədən Simferopoladək gəldi, orada Bakıya uçmaq üçün sifariş edilmiş, başqa bir özəl təyyarəyə mindi. Lakin ya onu qarşılamağa çox az adam gəldiyindənmi, yaxud da uzun müddət həbsxanada qalmaq istəmədiyindənmi, o, Azərbaycanın hava məkanına daxil olmadı. Yerli mülki aviasiya rəhbərliyi gözlənilən təyyarənin harada qaldığını, niyə gəlib çıxmadığını soruşduqda, daşıyıcı firma cavab verdi ki, uçuşun sifarişçisi reysdən imtina etdi.

Quliyev Qara dəniz üzərində dövrə vuraraq, yenidən Simferopola endi və bu dəfə tutulması üçün beynəlxalq axtarış elan edilmiş şəxs kimi həbs olundu. Onun başına belə işlər artıq dəfələrlə gəlmişdir, lakin Amerika səfirliyi siyasi qaçqın statusunu təsdiqlədikdən sonra həmişə buraxmışlar. Görünür, bu dəfə də belə olacaqdır. Çox güman ki, onu geriyə, İngiltərəyə göndərəcəklər.

Quliyevin ADP üzrə müavini tez-tələsik bəyan etmişdir ki, Quliyevin gəldiyi təyyarəni Azərbaycana, sadəcə olaraq, buraxmadılar. Lakin bu, düz deyil – uçuşa icazə verilmişdi. Ola bilsin ki, həbslə bağlı bütün bu kombinasiya Quliyevin rüsvay olmaması üçün qabaqcadan uydurulmuşdu. Əbəs deyil ki, o, Simferopolda yerə ancaq ikinci dəfə enərkən saxlanılmışdı. Həmçinin aydındır ki, o, heç də əbəs yerə məhz qalib gələn “narıncılar” ölkəsindən uçmurdu. O, Rusiyaya çarter reysi sifariş etsəydi, necə lazımdırsa, həbs olunardı.

İstənilən halda, Quliyevin rüsvay olmaması üçün nə kimi gedişlər icad edilsə də, bazar ertəsindən sonra o, sadəcə olaraq, varlı siyasi meyitdir. O, qorxaraq, həyatında başlıca günü uduzdu, adicə bir fitnəkar kimi göründü. Şübhə yoxdur ki, bu rüsvayçılıq müxalifətin qalan liderlərini daha güclü şəkildə ruhdan salacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb