Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yüksəliş”dən Oksford Universitetinə uzanan yol - Mirqəni Hüseynli ilə MÜSAHİBƏ

London, 19 iyun, AZƏRTAC

Mühəndislikdən kosmik sənayeyə, oradan isə dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından birinə uzanan karyera yolu… Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi, neft-qaz və kosmik sənaye sahələrində uzunillik təcrübəyə malik Mirqəni Hüseynli hazırda Oksford Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alır. AZƏRTAC-a müsahibəsində o, mühəndislikdən biznes strategiyasına keçid qərarından, Oksforddakı təhsil təcrübəsindən, qlobal biznes və texnologiya dünyasında müşahidə etdiyi əsas tendensiyalardan, eləcə də gələcək planlarından danışıb.

-Özünüz və peşəkar fəaliyyətiniz haqqında qısa məlumat verərdiniz. Mühəndislik sahəsinə marağınız necə yarandı?

-Mühəndislik təhsilini seçməyim məktəb illərində fizika və riyaziyyat kimi fənlərə meyilli olmağımdan irəli gəldi. Texniki sahədə uğurlu ola biləcəyimi düşünərək 1-ci qrupa hazırlaşmağı qərar verdim, lakin fakültə seçimini qəbul balımı bildikdən sonra etməyi düşünürdüm. Qəbul balımın yüksək olduğunu biləndən sonra neft-qaz mühəndisliyini seçdim. Peşəkar fəaliyyətimə neft-qaz sənayesində başlamışam. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft mühəndisliyi üzrə bakalavriat təhsilimi bitirdikdən sonra Xəzər Universitetində neft yataqlarının işlənməsi üzrə magistratura təhsili almışam. 2016-2020-ci illər arasında “Schlumberger” şirkətində “Well Testing” sahəsində işləmişəm və Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” layihəsində fəaliyyət göstərmişəm. 2020-ci ildə isə “Azərkosmos”a keçərək kosmik sənayedə karyeramı davam etdirmişəm, burada 5 il ərzində kiçik mühəndisdən aparıcı kommersiya mühəndisi vəzifəsinə qədər yüksəlmişəm. Bundan əlavə, 2025-ci ildə beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olmuşam. Hazırda Oksford Universitetində MBA təhsili alıram.

-Oksford Universitetində bu proqramı seçməyə necə qərar verdiniz?

-On ildən artıq mühəndislik təcrübəsindən sonra strategiya və idarəetmə istiqamətinə keçid üçün strukturlaşdırılmış biznes təhsilinə ehtiyac duydum. Oksfordu seçməyimin səbəbi onun akademik nüfuzu ilə yanaşı, liderlik prinsiplərinə verdiyi önəmdir. Dünyanın ən qədim universitetlərindən birində oxumaq məndə həm qürur, həm də təvəzökarlıq hissi yaradır. Oksfordun mühiti tam fərqlidir. Universitet binalarında bəşəriyyətə təsir etmiş insanların portretlərini görürsünüz. Prezidentlər, baş nazirlər və məşhur CEO-ların çıxışlarını canlı izləyə, hətta onlarla ünsiyyət qura bilirsiniz. Gözləntilərimə gəlincə, akademik məzmun (maliyyə, strategiya, liderlik və s.) gözlədiyimdən də artıq dərəcədə faydalı və tətbiqi oldu. Amma əsl təcrübə daha çox şəxsi inkişaf və dünyagörüşün genişlənməsi ilə bağlıdır.

-Texniki və mühəndislik sahəsindən biznes strategiyası və biznesin inkişafı istiqamətinə keçmək istəyiniz necə formalaşdı?

-Mühəndislikdən əlavə, ümumi biznesin necə idarə olunduğu, strateji qərarların necə verildiyi mənə hər zaman maraqlı olub. Mühəndis kimi başladığım yol get-gedə daha çox müştəri ehtiyaclarının qiymətləndirilməsi, kommersiya təkliflərinin texniki əsaslandırılması istiqamətinə yönəldi. “Azərkosmos”da fərq etdim ki, məni ən çox maraqlandıran artıq texniki problemin özü deyil, onun biznesə təsiri və hansı strateji qərarların verilməsinə səbəb olmasıdır. Bununla yanaşı, neft-qazdan kosmik sənayeyə keçidimdə artıq bir dəfə "sıfırdan başlamaq" təcrübəm olmuşdu və bunun mümkün olduğunu görmüşdüm və karyeramda növbəti dönüşü etmək üçün əlavə təhsil almaq qərarını verdim.

-Oksforddakı təhsil təcrübənizi necə qiymətləndirirsiniz?

-Təcrübəni yüksək qiymətləndirirəm, həm akademik, həm də şəxsi inkişaf baxımdan. Maliyyə, marketinq kimi əvvəllər mənə uzaq görünən fənləri belə maraqla öyrənirəm. Məni ən çox təsirləndirən isə təhsil proqramından kənarda olanlardır: yoldaşlarımın müxtəlif ölkələrdən, mədəniyyətlərdən və peşə sahələrindən gəlmələri, onların karyera yollarından daha çox, həyat yollarını formalaşdıran dəyərlər və dünyagörüşləri haqqında söhbətlər, “Oxford Union”da baş tutan debatlar. Universitetin mühiti "potensialınızla nə edəcəksiniz?" sualını daim canlı saxlayır və bu, liderlik haqqında düşüncələrimi formalaşdırır.

-Bu proqramda əldə etdiyiniz biliklərin gələcək karyeranıza hansı töhfələri verəcəyini düşünürsünüz?

-Bu, mənə əsas iki istiqamətdə töhfə verir. Birincisi, strategiya, maliyyə, M&A, əməliyyatların idarə edilməsi kimi sahələrdə strukturlaşdırılmış bilik. Bunlar mənim mühəndislik təcrübəmdə formalaşan analitik bacarıqlarımı daha geniş biznes kontekstinə tətbiq etməyə imkan yaradır. İkincisi, bu bilikləri konsaltinq, strategiya və biznesin inkişafı kimi sahələrdə tətbiq etmək üçün lazım olan dil və çərçivəni mənə verir, yəni texniki dərinliyi qoruyub saxlamaqla, onu biznes qərarlarına çevirə bilmə qabiliyyətini.

-Hazırda qlobal biznes və texnologiya dünyasında hansı əsas tendensiyaları müşahidə edirsiniz?

-Bir neçə tendensiya xüsusilə diqqət cəlb edir. Birincisi, süni intellekt artıq ayrıca bir texnologiya olmaqdan çıxıb şirkətlərin strategiya, əməliyyat və qərar qəbuletmə proseslərinin əsas hissəsinə çevrilir. Sual artıq süni intellektin istifadəsi ilə deyil, onu hansı proseslərə inteqrasiya etməklə rəqabət üstünlüyü qazana bilməklə bağlıdır. İkincisi, enerji keçidi qlobal səviyyədə şirkətlərin investisiya və strategiya qərarlarını yenidən formalaşdırır. Ənənəvi enerji şirkətləri get-gedə daha çox yeni texnologiyalara, alternativ enerji mənbələrinə və emissiyaların azaldılmasına yönəlmiş layihələrə investisiya yatırır. Bu, həm risk idarəetməsi, həm də uzunmüddətli rəqabətlilik məsələsidir. Üçüncüsü, kosmik sənaye sürətlə kommersiyalaşır. Peyk istehsalı və buraxılışının xərcləri azaldıqca, daha çox şirkət bu sahəyə daxil ola bilir, bu da rabitə, monitorinq və naviqasiya kimi sahələrdə yeni tətbiqlərin yaranmasına səbəb olur. Bu üç tendensiya bir-birindən ayrı görünsə də, getdikcə daha çox kəsişir. Məsələn, enerji infrastrukturunun monitorinqi üçün peyk məlumatlarının süni intellekt vasitəsilə təhlili artıq real tətbiq sahəsidir.

-Kosmos, enerji və biznes strategiyası sahələrinin gələcəkdə daha sıx inteqrasiya olunacağını düşünürsünüzmü?

-Bəli, düşünürəm ki, bu inteqrasiya artıq başlayıb. Peyk texnologiyaları enerji infrastrukturunun monitorinqi, uzaq bölgələrdə əlaqə təminatı və əməliyyatların idarə edilməsində bu gün daha mühüm rol oynayır. Hər iki sahənin texniki tələbləri və strateji qərar mexanizmləri oxşar struktura malikdir: hər ikisi yüksək kapital tutumlu, uzunmüddətli planlaşdırma tələb edən və geosiyasi faktorlardan asılı sənayelərdir. Gələcəkdə bu sahələri anlayan və aralarında körpü qura bilən mütəxəssislərə tələbatın artacağını düşünürəm.

-Xaricdə təhsil alan və beynəlxalq təcrübə qazanan azərbaycanlı mütəxəssislərin ölkəmizin inkişafında rolunu necə qiymətləndirirsiniz?

-Bu mütəxəssislər mühüm və artmaqda olan bir rola malikdir. Xaricdə qazanılan bilik və beynəlxalq şəbəkə, ölkəyə geri qayıtdıqda və ya beynəlxalq səviyyədə Azərbaycanı təmsil etdikdə əhəmiyyətli dəyər yaradır, istər biliklərin ötürülməsi, istərsə də beynəlxalq institutlarla əlaqələrin qurulması baxımından. Həmçinin müxtəlif sənayelərdə və beynəlxalq mühitlərdə işləmiş insanlar yerli kontekstdə tez-tez nəzərə alınmayan imkanları görə bilirlər. Eyni zamanda, xaricdə təhsil almış və uğur qazanmış azərbaycanlıların sayı artdıqca, cavan nəsillər də bunun mümkün olduğunu anlayır, öz potensial və bacarıqlarına daha çox güvənir, “mən də bacararam” düşüncəsini mənimsəyirlər.

-Təhsilinizi başa vurduqdan sonra karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?

-Məqsədim konsaltinq və ya enerji sahələrində, strategiya və biznesin inkişafında karyera qurmaqdır, xüsusilə rabitə, nəqliyyat və enerji sektorları ilə əlaqəli layihələrdə. Mühəndislik təcrübəmdən gələn texniki dərinliyi, MBA-dən əldə etdiyim biliklə birləşdirərək şirkətlərin və qurumların mürəkkəb kommersiya qərarlarında və uzunmüddətli strategiyaların hazırlanmasına dəstək olmaq istəyirəm.

-Oksford kimi nüfuzlu universitetlərdə təhsil almağı arzulayan gənc azərbaycanlılara hansı tövsiyələri vermək istərdiniz?

-Birincisi, sənədlər və imtahanlardan əvvəl "niyə" sualına cavab tapmaq vacibdir: niyə bu ixtisas, niyə indi. Bu suallar sənəd qəbulu və müsahibə mərhələlərində sizdən onsuzda soruşulacaq. Lakin bundan daha vacib səbəb düzgün addım atdığınıza, məqsədlərinizə uyğun proqram seçdiyinizə və sonra seçiminzdən peşman olmayacağınıza əmin olmaqdır. İkincisi, profilinizi formalaşdırarkən akademik nailiyyətlərdən kənar təcrübələrə də diqqət edin. Xarici universitetlər sadəcə əla qiymət alanları deyil, həm də aktiv insanları sevir. Bura peşəkar idmanla məşğul olmaq, hobbilər, könüllülük fəaliyyəti daxildir. Səbəbi sadədir: bunlar hamısı komanda işi, liderlik, kreativ düşüncə kimi keyfiyyətləri inkişaf etdirir. Üçüncüsü, özünüzü sizə inanan insanlarla əhatə edin. Çətin yolda bəzən insan özünə inamı itirir. Bu anlarda digərlərinin bizə inandığını bildirməsi çox vacibdir.

-Azərbaycanla bağlı gələcək peşəkar və şəxsi hədəfləriniz barədə nə deyə bilərsiniz?

-Peşəkar baxımdan Azərbaycanın texnoloji innovasiyalar və enerji sektorunun diversifikasiyası layihələrinin inkişafına töhfə verə biləcək bir yol axtarıram, çünki karyeramın hər iki mərhələsi məhz bu sahələrdə formalaşıb. Şəxsi hədəflərimdən biri isə hazırda əldə etdiyim bilik və təcrübəni azərbaycanlı tələbələrlə bölüşməkdir. Bunu təlim və ya universitetlərdə tədris etmək vasitəsilə etməyi planlaşdırıram.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib