YUNANISTANIN BAŞ NAZİRİ TÜRKİYƏ İLƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİNİN PRİNSİPLƏRİNİ AÇIQLAMIŞDIR
Yunanıstan hökumətinin başçısı demişdir: “Zənnimizcə, milli suverenliyə hörmət, hər hansı ziddiyyətlərin beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə uyğun surətdə dincliklə həlli, insanın və milli azlıqların hüquqlarının qorunması elə prinsiplərdir ki, biz mehriban qonşuluq şəraitində ahəngdar yanaşı yaşamaq məqsədi ilə birgə səylərimizin bünövrəsini onların əsasında qurmalıyıq”.
K.Karamanlis vurğulamışdır ki, Afina kiprli yunanların və kiprli türklərin Avropa Birliyinə üzvlükdən birgə faydalanması üçün Kiprin birləşməsi məqsədlərinə tərəfdardır və Türkiyənin Avropa ilə bağlı perspektivlərini dəstəkləyir, hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq bütün sahələrdə ikitərəfli münasibətlərin genişlənməsinə və dərinləşməsinə nümunə göstərir.
Türkiyənin Baş naziri keçmişdə aralarında münaqişə olan ölkələrin indi əməkdaşlıq münasibətləri qurmasından məmnunluq duyduğunu bildirmiş və demişdir ki, onlar bu istiqamətdə gələcəkdə də var qüvvə ilə səy göstərməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]