“YUNİBANK”IN “QIZIL DEPOZİT” LOTEREYASINDA NÖVBƏTİ QIZIL KÜLÇƏSİ OYNANILMIŞDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, lotereyada 1000 ABŞ dolları (1000 avro və ya 5 milyon manat) və daha çox məbləğdə 12 ay müddətinə qoyulmuş depozitlər iştirak edir. Özü də hər 1000 ABŞ dollarına (1000 avro və ya 5 milyon manat) bir imkan düşür.
Aylıq oyun bankın baş ofisində tiraj komissiyası tərəfindən keçirilir. Oyunda bankın hər bir əmanətçisi iştirak edə bilər. Qalib kompüterin köməyi ilə təsadüfi seçim üsulu ilə müəyyənləşdirilir.