Yuri Kovbasiuk: Humanitar Forumda çox vacib məsələlər müzakirə edilir
AZƏRTAC xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasının nümayəndəsi Yuriy Kovbasiuk deyib.
Y.Kovbasiuk deyib: “Çox şadam ki, Bakıdayam və bu mötəbər Forumda iştirak edirəm. Forum zamanı öz həmkarlarımızla görüşüb müxtəlif mövzular ətrafında müzakirələr aparırıq. Xüsusi qeyd etməliyəm ki, Forumun “dəyirmi masa”ları çox aktual mövzulara həsr olunub”.
Qonaq Forumun sivilizasiyalar və mədəniyyətlərarası dialoqun güclənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.