Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Şükürlü: İran Azərbaycanın gündən-günə güclənməsinə paxıllıqla yanaşır

Yusif Şükürlü: İran Azərbaycanın gündən-günə güclənməsinə paxıllıqla yanaşır

Şəki, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Molla, İslam dünyasında din işləri ilə məşğul olan insanlara hörməti ifadə edən bir termindir. İslam dövlətlərində elm adamlarına, təriqət və icma liderlərinə titul kimi bu ad verilir. Molla olmağın əsas şərti yaxşı dini təhsil almaq və bu mövzuda kifayət qədər biliyə sahib olmaqdır. Daha bu o demək deyil ki, hər saqqal buraxana, əmamə qoyub əllaməlik edənə bu titul verilsin.

İran molla rejiminin əməlləri sayəsində “molla” kəlməsi insanlarda mənfi emosiya yaranmasına səbəb olub. Belə ki, 1979-cu ilin 1 aprel günündə - “Ümumdünya gülüş günü”ndə İran İslam Respublikasının əsası qoyuldu və elə həmin gündən başlayaraq İranda yaranan yeni quruluşlu molla dövləti bütün bəşəriyyətin mənəviyyatı və duyğuları ilə “zarafat” etməyə başladı. Adında İslam olmasına baxmayaraq, dindən, dinin qaydalarından əsər-əlamət olmayan bir cəmiyyət - bütün bəşəriyyətin “islam faciəsi” formalaşmağa başladı. Bu faciənin mərkəzində isə əlbəttə ki, Azərbaycan türkləri dayanmış oldu. Qısaca desək, İranın dərdi Turan və türklərmiş.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü söyləyib.

Elmi Mərkəzin direktoru bildirib ki, hakimiyyətə gəlişindən qabaq azərbaycanlılara muxtariyyət vəd etmiş molla rejimi yarım əsrə yaxındır “paniranizm ideologiyası” siyasətini həyata keçirməkdədir. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, o cümlədən osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların vahid bir dilə malik dövlət halında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə, İranda yaşayan və sayca üstünlük təşkil edən azərbaycanlılar türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da, “iranlı” kökünə sahib olduqlarına görə onlar da bu sıraya aiddirlər və assimilyasiya olunmalıdırlar.

Alimin sözlərinə görə, həmin siyasət Pəhləvi rejimindən başlansa da, mollalar paniranizmi dini çalarlarla bəzəyərək, daha da aqressivləşdirmişlər. “Vahid İslam ümməti” şüarı ilə heç bir konsepsiyasında İslam humanizmindən əsər-əlamət olmayan molla rejimi birbaşa dövlət terrorizmi ilə öz sütunlarını möhkəmlətməyə çalışır. Siyasi qəsbkarlığın ən bariz forması olan “dövlət terrorizmi”ni tətbiq edən İran nəinki başqa xalqların rifahına xələl gətirir, hətta sayı azərbaycanlılardan az olan fars əhalinin də hüzurunu pozmaqdadır. A.Xomeyninin formalaşdırdığı və atəşpərəstliyə daha yaxın olan, eləcə də İslami dəyərlərə xələl gətirən paniranizm ideologiyasının əsasını milli ayrı-seçkilik, sərt idarə üsulu və geniş xalq kütlələrinin manqurdlaşdırılmasına çalışmaq kimi əməllər təşkil edir. Milli ayrı-seçkilik, ksenofobiya və diskriminasiya məqsədyönlü şəkildə stimullaşdırılması ilə müəyyən fəsadlar yaradılır.

Yusif Şükürlü deyib: “Əslinə qalsa, İranda Molla rejimi klassik orta əsrlərdə Ələmut qalasında formalaşan Həşşaşilərin modifikasiya olunmuş variantıdır. Həşşaşilər də öz siyasi rəqiblərinə sui-qəsd həyata keçirmək, müxtəlif intriqalarla dövlətlərarası nifaq salmaq yolunu tuturdular. Lakin İran molla rejimi bu orta əsr terrorçularından fərqli olaraq, daha qəddardır. Belə ki, həşşaşilər, əsasən sərkərdələrə, əsgərlərə, ümumiyyətlə, əli silahlı insanlara qarşı hərəkət edirdilər. İrandakı rejim isə dinc sakinlərə, ziyalılara qarşı mənfur niyyətlər həyata keçirməklə fərqlənirlər. Ölkəmizdə XX əsrin 90-cı illərində akademik Ziya Bünyadova, son dövrlərdə isə jurnalist Rafiq Tağıya qarşı ölümlə nəticələnən sui-qəsdlərin həyata keçirilməsi yuxarıda sadalananlara bariz nümunədir”.

Müsahibimiz bildirib ki, yaxın qonşumuz olan İran İslam Respublikası Azərbaycanın gündən-günə güclənməsinə paxıllıqla yanaşır. Buna səbəb İranın şimal ərazilərinin əsl sahibinin kim olduğunu yaxşı dərk etməsidir. İran 200 ildir ki, narahatdır və Azərbaycanla olan bütün siyasətini bu narahatlığın üzərində qurmuşdur. XX əsrin 90-cı illərinin əvvəlləri İranın narahatlığının nisbətən yumşaldığı bir dövr oldu. Çünki “qəlbdaşları” olan ermənilər öz xarici havadarlarının - əsasən də Rusiyanın o zamanlar Ermənistanda olan hərbi hissələrinin köməyi ilə Azərbaycan torpaqlarını işğal etmişdilər. Onların bu rahatlığı çox yox - təqribən 2-3 il çəkdi.

“Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə İranın “qriqoryan-hay qardaşları” ilə bazarlıqlarına son qoyuldu. Elə ilk dövrlərdən Ulu Öndər özünün azərbaycançılıq mövqeyini İran rejiminə təqdim etdi. Belə ki, Heydər Əliyev İranla bağlı hər bir məsələdə qətiyyətli mövqe sərgiləyirdi. Xəzərin sektor məsələsində Ulu Öndərin diplomatik manevrləri və sərt mövqeyi xəstə təxəyyüllü mollaların siyasi addımlarına yetərli maneə yaratdı. Dahi liderin 2001-ci ildən etibarən Dünya Azərbaycanlılarının qurultaylarını çağırması İran İslam Respublikasında, sözün əsl mənasında, vahimə yaratmış oldu. Hər beş ildən bir təşkil edilən qurultaylarda dünyanın dörd bir guşəsindən azərbaycanlıların Bakıya toplaşması və diaspor təşkilatlarının formalaşması imperialist İran molla siyasəti üçün “təhlükə” mesajlarını verirdi”,- deyə Yusif Şükürlü əlavə edib.

Elmi Mərkəzin direktoru deyib: “XXI əsrin ilk illərindən başlayaraq, Azərbaycan iqtisadiyyatının bütün sahələrinin sürətli inkişafı, əhalinin rifahının daha da yaxşılaşması hərbi qüdrətimizin yüksəlməsinə səbəb oldu. Ordumuz dövrün ən müasir silahları ilə təchiz olunur, hərbi sənayemiz inkişaf etdirilir. Xarici siyasətdə Azərbaycanın reytinqi artır və sair. Bu göstəricilər İranı narahat etməyə bilməzdi. Nəticədə, müasir “həşşaşilər” mənfur addım atmaq qərarına gəldilər. Ölkəmizdə “Avroviziya” müsabiqəsinin keçirilməsi zamanı İranın xüsusi xidmət orqanlarının həyata keçirmək istədiyi terror aktının qarşısı alındı. Xəyalı 90-cı illərin əvvəllərinə gedən molla rejiminin istəkləri puç oldu”.

Yusif Şükürlü qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsinin başlanğıcı idi. Bir sıra yaşayış məntəqələrinin geri qaytarılması İranı narahat etməyə bilməzdi. İran rəsmilərinin Ermənistana “işgüzar” səfərləri, İrəvanda qondarma soyqırımı abidəsinə dəfələrlə təşkil edilən ziyarətlər müsəlman cildinə girmiş İran irticaçı rejiminin hayların “qardaşları” olduğunu nümayiş etdirirdi. Əslində bu, İranın acizliyinin nümayişi idi. Çünki məlum səbəblərdən İran da Ermənistan qədər qorxuya düşmüşdü. Axı, Azərbaycanın regional gücə çevrilməsi, gələcəkdə bütün tarixi torpaqlarını qaytarmaq imkanına malik olması demək idi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Zəfər savaşı baş verdi və “İran-erməni qardaşlığı” qarşısında bir dövlət vardı - qalib Azərbaycan! Şanlı Qələbəmizdən sonra mollaların hay qardaşlarına olan ümidlərinin məyusluqla sona çatdığını vurğulayan Elmi Mərkəzin direktoru qeyd edib ki, tarixi torpaqlarımızın qaytarılması, Xudafərində Azərbaycan bayrağının dalğalanması Arazın o tayında konkret olaraq birmənalı qarşılandı. İranın molla rejimi Azərbaycanda çaxnaşmalar yaratmağı, təxribatlar və terror fəaliyyətləri həyata keçirməyi qarşısına məqsəd qoydu. Son günlərdə İrandakı Azərbaycan səfirliyində baş verən silahlı insident və səfirlik əməkdaşının qətlə yetirilməsi, Bakıda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi həmin məqsədin həyata keçirilməsinə istiqmətlənmiş terror əməliyyatlarından başqa bir şey deyildir.

Yusif Şükürlü deyib: “Hər hansı bir ölkədə fəaliyyət göstərən səfirliklər, həmin ölkə tərəfindən bütün vasitələrlə qorunmalı olduğu halda, İran adlanan dövlətdə adi bir əlisilahlı iranlının rahatca Azərbaycan səfirliyinə soxulmasına və qətliam torətməsinə imkan yaradılır. Yaxud, qonşu bir dövlətin millət vəkilinə sui-qəsd məqsədi ilə atəş açılır və bu terror əməlinin İranla əlaqəli şəxslər tərəfindən törətdildiyi aşkara çıxır. Bütün bunlar molla rejiminin heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadığını və özlərinə məxsus primitiv terrorçu fəaliyyətini nümayiş etdirmirmi?.. Aydın olur ki, iranlı terrorçular öz əməllərini dövlət orqanlarının qanadları altında həyata keçirirlər. Hər hansı bir dövlətin adi terrorçuluq fəaliyyəti beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ölkədə normal cəmiyyət, təhlükəsiz həyat və əmin-amanlıq yaradıla bilməz. Atalar demişkən: Qozbeli qəbir düzəldər!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib