Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala abidələri: “Pəri qalası” qeyrət, namus, əbədiyyət rəmzidir VİDEO

Zaqatala, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də rayonun Yuxarı Çardaxlar kəndinin ərazisində yerləşən və inşa tarixi III-V əsrlərə aid edilən “Pəri qalası”dır.

AZƏRTAC xəbər verir ki, dağın ətəyində, dəniz səviyyəsindən 700-800 metr hündürlükdə yerləşən Yuxarı Çardaxlar kəndi rayon mərkəzindən 15 kilometr aralıdadır. Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 108 tarixi abidədən üçü - “Pəri qalası”, XIII əsrə aid bürc və XVII əsrə aid məscid bu kəndin ərazisində yerləşir. 2388 nəfər əhalisi olan kənddə tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, poçt, tibb məntəqəsi və digər obyektlər fəaliyyət göstərir.

Alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən ən təkrarolunmaz nümunəsi hesab edilən “Pəri qalası” Yuxarı Çardaxlar kəndindən 300 metr aralıda, dağın üzərində, yerdən 150-200 metr hündürlükdə tikilib. Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Qalaya getmək üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları hələ də qalmaqdadır. Qayalıq ərazidə hərəkət etmək üçün xüsusi hazırlığı olan adamlar həmin cığırdan istifadə etməklə qalaya daxil ola bilirdilər.

“Pəri qalası”nın dəqiq inşa tarixi tam bəlli olmasa da, tədqiqatçılar tikilmə üslubuna görə qalanın Qafqaz Albaniyası dövründə inşa olunduğunu güman edirlər. Qala strateji baxımdan çox əlverişli bir yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini - qızlarını qoruyan qala.

Yuxarı Çardaxlar kəndinin ağsaqqalı, müəllim Məhəmməd Hacıəhmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində “Pəri qalası”nın özəllikləri barədə danışıb.

Müsahibimiz bildirib ki, yerli əhali arasında bu qalaya “Pəri qalası” ilə yanaşı, “Qız qalası” da deyirlər. Bəzi mənbələrdə isə bu qala “Dağ içi qala” da adlandırılır. Azərbaycanda, eləcə də dünyada uca dağların üzərində tikilən qalalar çoxdur. “Pəri qalası”nın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb. Qala qaya çapılaraq inşa edilib.

“Pəri qalası” haqqında müxtəlif rəvayətlərin söylənildiyini vurğulayan kənd müəlliminin dediyinə görə, qala ilə bağlı məlumatları araşdırdıqda belə nəticəyə gəlmək olar ki, bu məbəd əvvəllər başqa cür adlandırılıb. Ehtimal olunur ki, məbədin “Pəri qalası” adlandırılması VIII əsrdə ərəblərin bu bölgəyə gəlməsi, İslamın yayılması və bundan sonrakı dövrlərlə bağlıdır. Görünür, strateji cəhətdən əlçatmaz dağ relyefində yerləşən bu qala ərəblərə, sonrakı dövrlərdə isə digər yadelli işğalçılara qarşı yerli əhalinin silahlı müqavimət göstərdiyi ən mühüm istehkamlardan biri olub.

Bir sıra mənbələrdə qalanın XIV əsrin sonlarında Cənubi Qafqaza yürüş edən Teymurləngin qoşunlarına şiddətli müqavimət göstərmiş yerli əhalinin əsas istehkamlarından biri olması göstərilir. Əfsanəyə görə, qalaya hücum edən Teymurləngin qoşunlarına qarşı döyüş əməliyyatlarına Pəri adında qadın rəhbərlik edirmiş. Əmir Teymura qalanın alınmaz olması haqqında məlumat verirlər. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini, həmin qadını da özünün xanımı edəcəyini bildirir. Lakin Pəri Teymurləngin təslim olmaq barədə təklifini rədd edir. Uzun sürən ağır döyüşlərdən sonra Teymurun əsgərləri məbədi çox çətinliklə də olsa tuturlar. Düşmən əlinə keçməmək üçün Pəri özünü qayadan atır. Ehtimal olunur ki, bu hadisədən sonra məbəd “Pəri qalası” adını alıb.

Rəvayətlərdən birində isə Pərinin qalada yaşaması üçün dağdakı su mənbəyindən buraya qamış borularla su xəttinin çəkildiyi də deyilir.

Hazırda “Pəri qalası” nəinki Yuxarı Çardaxlar əhalisinin, eləcə də bütün zaqatalalıların ən çox ehtiram bəslədikləri tarixi abidələrdən biridir.

Zaqatala abidələri: “Pəri qalası” qeyrət, namus, əbədiyyət rəmzidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doktorantura və dissertanturaya xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək

Teymur Musayev: Orta tibb işçiləri səhiyyə sisteminin əsas sütunlarıdır

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

“Real Madrid”in xorvatiyalı sabiq futbolçusu: “Zirə” meydanda özünü yaxşı tərəfdən göstərən komandadır – EKSKLÜZİV MÜSAHİBƏ

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib

“Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub

Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim edib

“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb

Həbib Nurməhəmmədov və İslam Maxaçev “Qarabağ”ın bazasında olublar

Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb

Qara Qarayev: Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük

Çin Rusiyadan neft idxalını azaldıb

Tanzaniyalı gənc ekofəal: COP29 ən önəmli tədbirlərdən biri olub

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiqlənib FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan” məhəlləsi qardaşlığın və birliyin rəmzidir ŞƏRH

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sabah”ın yeni baş məşqçisi müəyyənləşib

Argentinada işsizlik son dörd ilin ən yüksək səviyyəsinə çatıb

ADA Universitetində Məzun günü keçirilib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi regionun gələcək potensialının simvoludur ŞƏRH

“Zirə”nin portuqaliyalı qapıçısı: “Hayduk”la matçlarda özümüzü meydanda döyüşçü kimi göstərməliyik

RF rəsmisi Ermənistanın hava məkanını Rusiya təyyarələri üçün bağlaması ehtimalından narahatlıq ifadə edib

Assosiasiya rəsmisi: İqlim və digər amillər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238 faiz artıb

Hesabat: İnkişaf etməkdə olan ölkələrdə təhsil və səhiyyənin maliyyələşdirilməsi borcların restrukturizasiyasını zəruri edir

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 7-ci kitabı çapdan çıxıb

Media: Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti tikir

İsrail Tehrana silsilə zərbələr endirib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımız arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi - RƏY

Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər

Sabah hava əsasən yağmursuz olacaq

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşəcək

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilib

Nandan Qautam: Yoqa - xoşbəxt olaraq qalmaq bacarığıdır MÜSAHİBƏ

Cəlilabadda 9 yaşayış məntəqəsinin yolu yenidən qurulur

® “Azercell”in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

İsrail və İranın qarşılıqlı hava hücumları davam edir

Cəbiş müəllim obrazı ilə yaddaşlara hopmuş Süleyman Ələsgərovun bu gün doğum günüdür

Yaponiyada istivurma nəticəsində ölüm və xəstəlik halları artır

NİİM: Yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib

İTSDA-nın şöbə müdiri: Onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi istiqamətində iş aparılır

İtaliyada nəqliyyatçılar tətil edirlər

Neftçi olmaq istəyən abituriyent imtahanda 400 bal topladı - REPORTAJ

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılması Türkiyə və Şimali Kipr mediasının diqqət mərkəzində olub

Son beş ayda müavinətlər üzrə 460, Prezident təqaüdləri üzrə 290 milyon manat ödənilib

UEFA Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının vaxtı bəlli olub

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru: Regional mərkəzlərin yaradılması əsas məqsədlərimizdəndir

İsveçdə relsdən çıxan tramvay binaya çırpılıb

İqtisadiyyatın “dəmir damarı”

Azərbaycana Çinin Çjentszyan əyalətindən tranzitlə Türkmənistandan keçən yükdaşıma marşrutu açılıb

Ötən gün vətəndaşların bank hesablarından 24 min manatdan çox vəsait oğurlanıb

Avstraliya öz vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Arxeoloji ekspedisiya: Xaraba Gilanda İçərişəhərə və Narınqalaya gedən yollar aşkar olunub

Tahir Gözel BMT tərəfindən təşkil olunan Okean Konfransına qatılıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində beş ayda 10 milyondan çox müraciət qeydə alınıb

İqlimşünas alimlər: Qlobal istiləşməni dayandırmaq üçün bəşəriyyətin iki ili qalıb

Klublararası dünya çempionatı: “Atletiko Madrid”dən asan qələbə, PSJ-dən gözlənilməz məğlubiyyət

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: Rusiya şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm

NBA: Final seriyasında hesab bərabərləşib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib VİDEO

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib VİDEO

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

Bölgələrdə Məhsul festivallarına start verilir

İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür

Qazaxda arpa biçininə başlanılıb

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Dünya birjalarında neft ucuzlaşıb

Dünya çempionatı: Azərbaycan cüdo millisi Almaniya yığması ilə qarşılaşacaq

“Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə qəbul elan olunur

Yasamalda yanğın təhlükəli şirniyyat istehsalı və satışı obyektinin fəaliyyəti dayandırılıb

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib

® "Araz"ın ilk "ZooShop" mağazası fəaliyyətə başladı

Sankt-Peterburqda MDB xəbər agentliklərinin iclası keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

Avropa ölkələri və İranın xarici işlər nazirləri İsveçrədə görüşəcəklər

Qulaqlıqda yüksək səslə musiqi dinləmək demensiya riskini artıra bilər

İqlim dəyişikliyi tənəffüs problemlərinin ağırlaşmasına səbəb ola bilər - ARAŞDIRMA

Britaniyalılar yenidən Avropa İttifaqına qayıtmaq istəyir

Meksika televiziyasında Azərbaycanın dünyada artan nüfuzundan danışılıb

Papa Leo: Günahsız insanlar ölür, silah istifadəsindən qaçmalıyıq

Daxili nitq terapiyası autizmli uşaqlarda emosional tənzimləməyə kömək edə bilər - ARAŞDIRMA

2024-cü ildə dünyada birbaşa xarici investisiyaların həcmi 11 faiz azalıb

Uzunmüddətli gəzinti xroniki belağrısı riskini azalda bilər – TƏDQİQAT

İspaniya NATO-nun hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq təklifini rədd edib

Almatıda Türk Opera Sənəti Festivalı keçirilir

Müdafiə Nazirliyi: Türkiyə regionda gərginlik fonunda dövlət sərhədinin mühafizəsinə dair tədbirləri gücləndirib

XİN rəsmisi: Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib VİDEO

XİN rəsmisi: Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib VİDEO

Çində daşqın təhlükəsi ilə əlaqədar 70 min sakin təxliyə edilib

“Şəki Open 2025” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Nigar Arpadarai: İqlimə dayanıqlı KOB-lar təşəbbüsümüzə 46 tərəfdaş qoşulub

İçərişəhərdə “Muğam saatı” səs performansı keçirilib