ZAQATALADA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALI 11 FAİZ ARTMIŞDIR
Zaqatala, 11 oktyabr (AZƏRTAC). Zaqatala Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, 2009-cu ilin 9 ayında rayonda 72 milyon 461 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 224 min manat və ya 11 faiz çoxdur.
Cari ilin 9 ayında rayonda tərəvəz istehsalı əvvəlki illə müqayisədə 1260 ton, kartof istehsalı 1424 ton, tütün istehsalı 166 ton, yaşıl çay yarpağı istehsalı 4,7 ton, gül ləçəyi tədarükü 5 ton, meyvə istehsalı isə 1291 ton artmışdır. Ötən dövrdə rayonda heyvandarlıq məhsulları istehsalında da dinamik artım müşahidə olunmuşdur. Həmin dövrdə təsərrüfatlarda qaramalın sayı 171 baş artırılaraq 60500 başa, qoyun-keçilərin sayı 276 baş artırılaraq 162800 başa, quşların sayı 1300 baş artırılaraq 165800 başa, arı ailələrinin sayı isə 320 ailə çoxaldılaraq 10200 ailəyə çatdırılmışdır. 2008-ci ilin eyni dövrü ilə müqayisədə 9 ayda rayonda ət istehsalı 69 ton, süd istehsalı 361 ton, yumurta istehsalı 105 min ədəd, bal istehsalı 16 ton, yun istehsalı isə 1 ton artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]