ZAQATALADA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Zaqatala şəhərində ümumrayon tədbiri şəhidlərin xatirə kompleksinin ziyarət edilməsi və əklillər qoyulması ilə başlanmışdır. Sonra, rayon mədəniyyət evində ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə ümumrayon konfransı keçirilmişdir. Azərbaycanlılara qarşı törədilən erməni vəhşilikləri və soyqırımı haqqında dünya ictimaiyyətinin geniş məlumatlandırılması, beynəlxalq təşkilatlardan soyqırımı hadisələrinə hüquqi qiymət verilməsinin tələb edilməsi, cinayətkarların cəzalandırılması və digər məsələlər konfransın əsas müzakirə mövzuları olmuşdur.
Martın 31-də rayonun ali və orta ixtisas məktəblərində ilk dərslər azərbaycanlıların soyqırımı mövzusuna həsr edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]