Zəngilan rayonunun Qıraq Müşlan kəndi FOTO
Bakı, 3 mart, AZƏRTAC
Zəngilan rayonunun Qıraq Müşlan kəndi Oxçu çayının sahilində, düzənlikdə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad etmişdir.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qıraq Müşlan kəndinin görüntülərini təqdim edir.