Zəngilan rayonunun Şəfibəyli kəndi FOTO















Bakı, 23 mart, AZƏRTAC
Zəngilan rayonunun Şəfibəyli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 4-də kəndi işğaldan azad etmişdir.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Şəfibəyli kəndinin görüntülərini təqdim edir.