Zulfiqar Ali Bhatti: Növbədənkənar parlament seçkiləri ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının üzvü Zulfiqar Ali Bhatti Azərbaycanda növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Pakistan və Azərbaycan arasında uzunmüddətli xoş münasibətlər qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır.
"Pakistan Milli Assambleyasının üzvü kimi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir. Pakistan və Azərbaycan arasındakı münasibətlər bizim üçün böyük önəm daşıdığına görə də çox əhəmiyyətlidir",- deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]