İranda ilk dəfə qadın pilotlar uçuş həyata keçiriblər

16.10.2019 [12:45]
İranın aviasiya tarixində ilk dəfə iki qadın pilot Tehran-Məşhəd aviareysini həyata keçiriblər. AZƏRTAC xəbər verir ki, kapitan Neşət Cahangiri və köməkçisi Firuzə Firuzi göyərtəsində 171 sərnişin olan təyyarəni uğurla Tehrandan Məşhəd şəhərinə çatdırıblar ...

ABŞ Konqresi Donald Trampın impiçmentinə dair səsverməni təxirə salıb

16.10.2019 [12:05]
ABŞ Konqresi Prezident Donald Trampın impiçmenti proseduruna icazə verilməsi barədə səsverməni təxirə salıb. AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ...

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Rusiyaya səfərə dəvət edib

16.10.2019 [11:57]
Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dəvətə müsbət cavab verib ...

ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

16.10.2019 [11:30]
Ohayo ştatının Uestervill şəhərində ABŞ prezidentliyi postuna Demokratik Partiyadan olan namizədlər arasında seçkiqabağı debatların dördüncü turu keçirilib. AZƏRTAC xəbər verir ki, Demokratlar Partiyasının təmsilçiləri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə Donald Trampla ...

NASA Aya və Marsa uçuşlarda istifadə ediləcək yeni skafandrları təqdim edib

16.10.2019 [11:22]
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Aya və Marsa uçuşlarda istifadə ediləcək yeni skafandrları təqdim edib. AZƏRTAC xəbər verir ki, NASA-nın Vaşinqtondakı mənzil-qərargahında keçirilən təqdimat mərasimində çıxış edən agentliyin direktoru Ceyms Braydenstayn deyib ...

Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır

16.10.2019 [09:06]
Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır. Baş Nazir Boris Conson Brexit üzrə razılaşma əldə etmək üzrədir. O, İrlandiya sərhədi üzərində Avropa İttifaqının tələblərinə güzəştə getdikdən sonra son razılaşma əldə olunub ...

“Hagibis” tufanı: 74 nəfər ölüb, itkin düşənlərin axtarışı davam edir

16.10.2019 [08:20]
Ötən həftəsonu Yaponiyanın mərkəzi hissəsinə çatan “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 74-ə çatıb, itkin düşənlərin axtarışı davam edir. AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət ...

Niderland polisi bir qrup insanı illərlə zirzəmidə saxlayan şəxsi həbs edib

16.10.2019 [07:45]
Niderland polisi bir qrup gənci uzun illər zirzəmidə saxlayan 58 yaşlı avstriyalını həbs edib. AZƏRTAC xəbər verir ki, Niderland Krallığının şərqində yerləşən Drente əyalətindəki fermalardan birində altı nəfərin (beş yeniyetmə və gənc, bir nəfər yaşlı) azı doqquz il zirzəmidə saxlandığı müəyyən edilib ...

Çin ABŞ Nümayəndələr Palatasının Honkonq məsələsinə dair qərarlarına sərt etirazını bildirib VİDEO

16.10.2019 [07:27]
Çin hökuməti ABŞ Konqresinin Nümayəndələr Palatasında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı qəbul olunan qərarlara sərt etirazını bildirib. AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan xüsusi bəyanatla Nümayəndələr ...

Moldova xalqı Prezident İqor Dodona etimad göstərir

16.10.2019 [02:21]
Moldovada keçirilən rəy sorğusunun nəticələrinə görə, xalq Prezident İqor Dodon böyük etimad göstərir. AZƏRTAC xəbər verir ki, “Intellect Group” şirkətinin paytaxt Kişineuda apardığı rəy sorğusunda İqor Dodona etimad göstərənlər əhalinin 39,6 faiz təşkil edib. İkinci yerdə ...

Ukraynanın qaz anbarlarında saxlanılan “mavi yanacağ”ın həcmi rekord həddə çatıb

16.10.2019 [00:21]
Ukraynanın yeraltı qaz anbarlarında 21 milyard kubmetrdən çox “mavi yanacaq” toplanıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Naftogaz”ın mətbuat xidməti məlumat yayıb. Hazırda anbarlarda saxlanılan təbii qazın həcmi son 10 ildə ən yüksək göstəricidir ...

Gürcüstanda zəlzələ olub

15.10.2019 [22:22]
Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb ...

Türkiyə ordusu Suriyada iki şəhid verib

15.10.2019 [21:14]
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb. AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Münbiç bölgəsində baş verən hadisə ...

Roma qızılgül bağı payız çiçəklənməsi dövründə müsafirləri qəbul edir

15.10.2019 [19:49]
Roma qızılgül bağı payız çiçəklənməsi dövrü üçün açılıb. Bağa gələnlər iki həftə ərzində dünyanın ən geniş nəbatat kolleksiyalarından birində yetişdirilən müasir və qədim qızılgül sortlarının çiçəklənməsini seyr edə bilərlər ...

Doqquz ayda Gürcüstanın xarici ticarət dövriyyəsi 0,5 faiz artıb

15.10.2019 [18:36]
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 193,7 milyon dollar olub. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir ...

Vaşinqton və Seul ABŞ qoşunlarının saxlanma xərclərinə dair növbəti dəfə danışıqlar aparacaq

15.10.2019 [18:25]
Rəsmi Vaşinqton və Seul gələn həftə Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərclərinin müəyyən edilməsinə dair növbəti dəfə danışıqlar aparacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi diplomatik mənbələrə istinadla xəbər yayıb ...

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Münbicdən çəkildi

15.10.2019 [18:14]
Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqini tərk edir və artıq Münbic şəhərindən çəkilib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat koalisiya qüvvələrinin ...

Ukraynalıların 47 faizi rusdilli məktəblərin Ukrayna dilinə keçməsini dəstəkləməyib

15.10.2019 [17:36]
Təxminən 50 faizədək ukraynalı rusdilli orta məktəblərin hamısının Ukrayna dilinə keçməsinin əleyhinədir. AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı rəy sorğusuna əsasən, respondentlərin 47 faizi bütün orta məktəblərin Ukrayna dilinə keçməsini dəstəkləməyib ...

Alimlər cırtdan qalaktikaların böyüməsinə əngəl olan səbəbi müəyyən ediblər

15.10.2019 [16:45]
Alimlərin onlarla cırtdan qalaktika üzərində apardıqları müşahidələr göstərib ki, onların böyüməsinə əngəl olan yeni partlamalar deyil, özlərinin mərkəzində olan nəhəng qara dəliklərin güclü tullantılarıdır. Bunun nəticəsində qalaktikalararası fəzadan qaz ...