“100 SANİYƏLİK FİLM” MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Yeni Dalğa” Prodüser Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən “100 saniyəlik film” müsabiqəsi başa çatmışdır.
Mərkəzin direktoru Rasim Həsənovun bildirdiyinə görə, müsabiqəyə təqdim olunmuş 70 ssenaridən 10-u çəkilmək üçün seçilmişdir. Həmin ssenarilər əsasında filmlərin istehsalına başlanılmışdır. Artıq 100 saniyəlik “Pilpilə” filminin (rejissoru və ssenari müəllifi Tərlan Manafovdur) çəkilişləri başa çatmışdır.
Müsabiqənin Azərbaycan filmlərinin dünyada tanıdılması məqsədi ilə keçirildiyini vurğulayan mərkəzin direktoru demişdir ki, cəkiləcək filmlər müxtəlif beynəlxalq müsabiqələrə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]