Sabahın ulduzları VİDEO
Bakı, 1iyun, Flora Şükürova, AZƏRTAC
İyunun 1-də Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sabahın ulduzları” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin müdiri Azər Abdullayev ölkəmizdə uşaqlara olan dövlət qayğısından söz açıb.
Müxtəlif proqramlar çərçivəsində qeyd olunan bayram tədbirində Uşaq Muzeyi şöbəsinin üzvlərinin rəsm sərgisi nümayiş etdirilib. Tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzi “Təbəssüm” rəqs qrupu çıxış edib, vokal kompozisiyalar təqdim olunub, şən klounlar, nağıl qəhrəmanları ilə viktorinalar keçirilib.