Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük yolun mərhələləri VİDEO

Asiyat Fətullayeva Azərbaycan milli fotoqrafiya sənəti ilə bağlı yeni layihəyə başlayıb

Bakı, 16 iyun, AZƏRTAC

ArtFaktor fotoagentliyinin baş direktoru və sahibi, fotoqraf-rəssam Asiyat Fətullayeva XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın görkəmli fotoqraf-rəssamlarının yaradıcılığına həsr etdiyi fotoalbomlar-monoqrafiyalar seriyasını buraxılışa hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu iriformatlı nəşrlərdən hər biri bu və ya digər fotoqraf-rəssam haqqında müfəssəl bioqrafik məlumat və onun müxtəlif illərdə yaratdığı əsərlərinin panoramı ilə müşayiət ediləcək. Məşhur azərbaycanlı müəlliflərin Asiyat Fətullayevanın şəxsi kolleksiyasında saxlanılan fotoişləri bu seriyanın kitablarının buraxılışında sənədli əsas olacaq.

Seriyada birinci fotoalbom-monoqrafiya Asiyat Fətullayevanın öz yaradıcılığına həsr edilib və oxucuya onun 2000-2015-ci illərdə yaratdığı işləri təqdim edir.

ArtFaktor fotoagentliyi bu nəşrin 12 dəqiqəlik reklam çarxını hazırlayıb və öz saytında yerləşdirib. Çarx tamaşaçı qarşısında fotoalbom-monoqrafiyanı tədricən “vərəqləyən” video variantı təsiri bağışlayır. Kadr arxasında fon musiqisi kimi İsfar Sarabskinin üç ay əvvəl təqdim etdiyi yeni, elektron musiqi layihəsindən “Root” treki səsləndirilir. Reklam çarxındakı kompozisiyada milli musiqi motivlərindən istifadə olunub. Çarx üçün trek musiqiçinin özü tərəfindən təqdim edilib - bu, onun Asiyat Fətullayevanın layihəsinə töhfəsidir.

Asiyat Fətullayevanın 2000-2015-ci illərdə - on beş il ərzində əsərləri toplandığı fotoalbomunun dizayn ideyasının əsasında “dönüş daxilində səsləşmələr” və ya “kortəbii diptixlər” konsepsiyası dayanır. Bu ideya, bir qayda olaraq, müxtəlif illərdə, müxtəlif yerlərdə, müxtəlif münasibətlərlə çəkilmiş, lakin bununla belə hansısa “kəsişmə nöqtələri” olan iki kadrı birləşdirməyi nəzərdə tutur.

Bəzən bu nöqtələr təmiz vizualdır - deyək ki, iki müxtəlif kadrda (məsələn, ağacın çətiri və qızın buruq saçları) oxşar formalardır. Bəzən kadrlar dönüşdə mənaca səsləşir - bir kadrın qəhrəmanının istehzalı baxışı sanki digər kadrın qəhrəmanına aiddir (hərçənd, bu, reallıqda belə deyil). Lakin üçüncü tip kompozisiyalarla dönüş də var - bu, nə birinci, nə də ikinci baxışda bir-biri ilə əlaqəsi olmayan fotoşəkillərdir. Bu, vahid tamın hissələri arasında məlumatı olmayanların baxışlarından gizlənən sezilməz əlaqələrə malik “rebus” dönüşlərdir. Bunları ancaq kadrların yaranma tarixini və ya orada əks olunan əşyaların, insanların həyatından lentə alınmış fraqmentlərin tarixçəsini bilənlər anlayar. Beləliklə, kitab özündə müxtəlif səviyyədə hazırlıqlı oxucular üçün fikrin bir neçə qatını əhatə edir.

Bundan başqa, nəşr təqdim edilən işlərin formatına görə özünəməxsus “fəsillərə” bölünüb: üfüqi, kvadrat, üfüqi panoram və şaquli panoram.

Lakin bu nüanslardan asılı olmayaraq, albomda yer alan bütün işlərin keyfiyyəti əla qiymətə layiqdir. Onların müəllifi öz böyük arxivində əbəs yerə ciddi seçim aparmayıb. Başlanğıc mərhələdəki beş mindən çox kadrdan 287 kadr qalıb.

Asiyat Fətullayevanın görüş dairəsinə və obyektinə dünyanın müxtəlif şəhərlərində - Bakıda, Parisdə, Tbilisidə, İstanbulda... yaşayan insanların həyatından fraqmentlər daxildir. Lakin şəhər mənzərələri onların sadəcə əksindən ibarət deyil. Hər birində hansısa xüsusi rakurs var: nəinki fotoqrafik, həm də mənəvi.

Kitabın quruluş prinsipi kimi götürülən diptixlər bəzi şəkillərin mahiyyətini “kvadrata yüksəldir”. Aktrisa Naina İbrahimova Anjelika obrazında və Luvrun mənzərəsi. Şəhər meydanlarından birində sadə kompüter “atışmasında” hədəfi xatırladan kitç dekorativ yolka və tirdə zarisovka. Həyatdan vaxtsız köçmüş Zakir Hüseynov və boşluq arasında çəpər qalığı ilə darvaza, “məchul aləmə qapı”... Çuval yükü altında çətinliklə addımlayan kəndli və Türkiyə ərazisində qadın monastırında günahların ağırlığından beli bükülmüş zəvvarlar...

Bəzi şəkillər öz-özlüyündə tarixidir. Sovetski və Basin (indiki Füzuli) küçələrinin sökülmüş məhəllələri, “Labirint” art-qrupunun məşhur “neft plenerləri”, Paris afişa-tumbalarında Sarkozinin karikaturaları, lak xalqının növbəti köçürülməsindən sonra boşalmış köhnə sovet univermağı... Onların hamısı yeni çalarlarla verilir və ya digər kadrlarla çulğaşaraq ağrını şiddətləndirir.

Kitabın cildini gürcü teatrlarından birində çəkilmiş kadr bəzəyir. İşıq və kölgələrin oyunu, sirli fiqurlar və ifadəli rakurs ona ümumiləşdirici fəlsəfi məna verir.

Seriyadan növbəti nəşr milli fotoqrafiya sənətimizin patriarxı Hüseyn Hüseynzadənin əsərlərinin albomu olacaq. Asiyat Fətullayevanın kolleksiyasında bu məşhur fotoqrafın işləri ilə yanaşı, onun özünün fərdi sərgiləri üçün yaratdığı, lakin zamanında həyata keçməmiş kataloqların maketləri də var. O, bu maketləri Hüseyn Hüseynzadənin işləri ilə bərabər, ustad sənətkarın fərdi sərgisində də geniş publikaya nümayiş etdirmək istəyir. Asiyat Fətullayeva bu sərgini Moskvada təşkil etmək niyyətindədir. Hazırda ArtFaktor fotoagentliyi Hüseyn Hüseynovun qarşıdakı sərgisi barədə məşhur Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzinin kolleksiya fotoqrafiyaları fotoqalereyası ilə danışıqlar aparır. Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzinin qalereyasının yaradıcısı və kuratoru Natalya Qriqoryevanın sözlərinə görə, rusiyalı tamaşaçı üçün bu sərgi Azərbaycan foto sənətinin əsl kəşfi olacaq.

Asiyat Fətullayeva - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii qrafika” fakültəsinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin (AFB), habelə TÜRKSOY Fotoqraflar İttifaqının üzvüdür. O, 2008-ci ildə AFB-nin təsis etdiyi “İlin fotoqrafı” adına layiq görülüb, 2009-cu ildə isə bu təşkilatın sədri vəzifəsinə seçilib. Bu vəzifədə olduğu müddətdə Asiyat Fətullayeva ölkədə və xaricdə keçirilən 20-dən çox sərginin və digər bədii layihələrin təşəbbüskarı və təşkilatçısı olub.

Eyni zamanda o, şəxsi yaradıcılığını da inkişaf etdirib. 2001-2012-ci illərdə onun işləri 50-dən çox fotosərgidə və bədii vernisajlarda nümayiş etdirilib, habelə beynəlxalq sərgilərdə iştirak edib, xüsusi mükafatlara və diplomlara layiq görülüb. 2006-2008-ci illərdə fotoqraf-rəssam dörd fərdi sərgi keçirib: üçü Bakıda və biri Parisdə.

AFB-nin sədri vəzifəsindən getdikdən sonra yenidən öz layihələrinə qayıdan Asiyat Fətullayeva ArtFaktor agentliyinin baş direktoru və sahibi olub. 2010-cu ildə yaradılmış bu agentlik öz layihələrində yalnız peşəkar fotoqraf-rəssamlarla işləyir. Agentliyin nəzdində peşəkar texnikanın geniş çeşidlərinə malik A.F.Studio fotostudiyası fəaliyyət göstərir.

Bu gün ArtFaktor fotoagentliyinin hesabında uğurla həyata keçirilən bir çox layihələr var. Onlardan biri “Bədii fotoqrafiya” illik peşəkar yaradıcı mükafatın təsis olunması və verilməsidir. Bu agentlik 2010-cu ildən AFB-nin sponsorlarından biridir.

Böyük yolun mərhələləri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər