Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü “Xanuma” ilə açacaq VİDEO
Qusar, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü sentyabrın 15-də “Xanuma” tamaşası ilə açacaq.
AZƏRTAC xəbər verir ki, Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Bağır Əliyevdir.
Qusar şəhər Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək tamaşanın məşqləri artıq başa çatıb. Maraqlı süjet xəttinə malik əsərin səhnələşdirilməsində ondan çox aktyor iştirak edir.
Səhnə əsərində canlandırılan hadisələr XIX əsrdə Tbilisi şəhərində baş verir. Müflisləşən knyaz bu vəziyyətdən yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Buna görə də Tbilisinin ən tanınan yengəsi Xanumaya üz tutur.
Əsərin ilk nümayişi tamaşaçılara pulsuz təqdim olunacaq.