Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib VİDEO

Vyana, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ATƏT-in iştirakçı dövlətlərinin daimi nümayəndəliklərini, Vyanada akkreditə olunmuş diplomatik korpusu, vətəndaş cəmiyyətini, beyin mərkəzlərini təmsil edən nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri, professor Anis Bayrektareviç ATƏT məkanında 4 milyona yaxın insanın münaqişələr nəticəsində məcburi köçkün vəziyyətinə salınması faktına diqqəti cəlb edib, onların çoxsaylı hüquq pozuntularından əziyyət çəkdiyini bildirib. O, məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi üçün xüsusi beynəlxalq hüquqi mexanizmin olmamasını ciddi çatışmazlıq kimi vurğulayıb. Belə olan halda, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarların presedent hüququ yaratdığını və bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində mühüm mexanizm olduğunu qeyd edib. Anis Bayrektareviç, eyni zamanda, məcburi köçkünlərin hüquqlarının təminatı ilə əlaqədar ATƏT çərçivəsində çoxsaylı öhdəliklərin olmasına baxmayaraq, bu öhdəliklərin praktik icrası sahəsində atılmış addımların qənaətbəxş olmadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Elmar Hüseynov Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin sosial və məişət problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb, Böyük Qayıdış proqramı barədə məlumat verib. O, bu proqramın Ermənistanın işğalına son qoyulduqdan sonra məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını nəzərdə tutan tədbirləri ehtiva etdiyini bildirib. E.Hüseynov qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan silahlı qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində düşmən nəzarətindən azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və məcburi köçkünlərin həmin kəndə qayıtması proqramın icrasının bariz nümunəsidir.

Vurğulanıb ki, məcburi köçkünlərin hüquqlarının müdafiəsi yalnız onların işğal edilmiş ərazilərdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ədalətli şəkildə qayıtması, həmin ərazilərdə yerləşən mülkiyyətdən faydalanma hüquqlarının təmin edilməsi ilə mümkündür. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas və ayrılmaz elementini təşkil edir. Prezident Administrasiyasının rəsmisi Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının münaqişənin həlli kontekstində kompromis kimi qiymətləndirilməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının nümayəndəsi Çingiz Əsgərov məcburi köçkünlərin Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hüquqlarının təmin edilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolundan danışıb və bu xüsusda, məhkəmənin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı hökmün əhəmiyyətini vurğulayıb. Çingiz Əsgərov, eləcə də öz doğma yurdlarını ziyarət edən zaman Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi barədə tədbir iştirakçılarını məlumatlandırıb və bu məsələdə Ermənistanın hüquqi məsuliyyətinə diqqəti cəlb edib. O, həmçinin Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel ayında azərbaycanlı dinc sakinlərə və mülki obyektlərə qarşı məqsədyönlü irimiqyaslı hücumları nəticəsində mülki şəxslərin öldürülməsi, onların mülkiyyətinə ziyan vurulması hallarını qeyd edib, zərərçəkən insanların hüquqlarının təmin edilməsi istiqamətində Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsində aparılan fəaliyyət barədə məlumat verib.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, Şuşa şəhərində anadan olmuş Tural Gəncəliyev Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişənin həlli prosesində erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf olduğunu, bunun münaqişə üzrə qəbul edilmiş ATƏT sənədlərində öz əksini tapdığını diqqətə çatdırıb və bundan irəli gələrək azərbaycanlı icmanın münaqişənin həlli ilə bağlı mövqeyini diqqətə çatdırıb. T.Gəncəliyev vurğulayıb ki, münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağın hər iki icmasının bərabərhüquqlu birgəyaşayışının təmin olunması yolu ilə həllini tapa bilər.

“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə zərərçəkmişlərin nümayəndəsi qismində cəlb olunmuş vəkil, “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski həmin işin məcburi köçkünlərin hüquqlarının təmin olunması baxımından hüquqi-praktik əhəmiyyətindən bəhs edib. O, məhkəmənin Ermənistanın işğal edilmiş ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini və hərbi işğala görə məsuliyyət daşıdığını, bundan irəli gələrək azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın dövlət məsuliyyətini təsbit etdiyini vurğulayıb. Əlavə olunub ki, məhkəmə Minsk qrupu çərçivəsində münaqişənin həlli üzrə siyasi danışıqların davam etməsinin Ermənistan tərəfindən məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasından imtina üçün əsas ola bilməyəcəyini birmənalı müəyyənləşdirib. Vəkil, ümumilikdə, məhkəmənin sözügedən iş üzrə hökmünü beynəlxalq humanitar hüququn inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

Tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və ATƏT-in müvafiq sənədləri əsasında tezliklə həllinin vacibliyini vurğulayıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasının bu baxımından əsas şərt olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçılarının müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və ağıllı istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir