Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.