Novruz bayramı Parisdə də qeyd olunub VİDEO
Paris, 19 mart, AZƏRTAC
Fransada yaşayan azərbaycanlılar arasında milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə icma üzvlərimiz Parisdə Novruz bayramını qeyd ediblər.
İcma üzvü Rza Zeyninin və “Ulduz” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan icmasının birliyinin, adət-ənənələrimizi qoruyub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar. Fransa lobbiçiliyin vacibliyini qeyd edərək, diaspor üzvlərimizi fəal olmağa çağırıblar.
“Ulduz” Assosiasiyasının sədri Aytən Muradova Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, onlara firavan həyat arzulayaraq deyib: “Xaricdə yaşasaq da, qəlbimiz Azərbaycanla döyünür. Bugünkü birliyimiz gücümüzü əks etdirir”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris