Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə gəlib VİDEO
Düşənbə, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşıladılar.